Qəbələ rayonunda modul tipli 4 yeni məktəb quraşdırılacaq.
Prezident İlham Əliyev martın 9-da “Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalayıb. Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında cəmi 956 şagird yerlik modul tipli 15 məktəbin quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 5 milyon 56 min manatı Təhsil Nazirliyinə ayrılıb. Qeyd olunan sərəncamda Qəbələ rayonu üzrə Qaradeyn kəndində 80 şagird yerlik tam orta, Şəfli kəndində 20 şagird yerlik ibtidai, Laza kəndində 80 şagird yerlik ümumi orta və Zərgərli kəndində 56 şagird yerlik ibtidai məktəblərin quraşdırılması öz əksini tapıb.