Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda yeni 8 ədəd subartezian quyusu qazılacaq.

14 mart 2018 | 02:00

Son illərdə Azərbaycan Respublikasında torpaqlardan istifadənin səmərəliliyinin artırılması və əkinəyararlı torpaqların genişləndirilməsi məqsədi ilə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, o cümlədən əhalinin içməli suya tələbatının ödənilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu məqsədlə Prezident İlham Əliyev 12 mart tarixdə Sərəncam imzalayıb. Sərəncama əsəsən Əhalisi 597 min nəfərə yaxın olan 38 şəhər və rayonun 248 yaşayış məntəqəsində 8740 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 2018-ci ildə 300 ədəd subartezian quyusunun layihələndirilməsini və qazılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.13-cü yarımbəndində göstərilmiş məbləğin 21,0 (iyirmi bir) milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılması qeyd olunub.
Sərəncama əlavə olunan 2018 - ci ildə qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri  üzrə bölgüsündə  Qəbələ rayonunun Bum qəsəbəsində, Çarxana, Aydınqışlaq, Xırxatala, Yenikənd, Tikanlı, Tövlə və Uludaş kəndlərinin hər birində 1 ədəd olmaqla ümumilkdə 8 ədəd subartezian quyusunun qazılması öz əksini tapıb.

Keçidlər