Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları peşə bayramını qeyd edib.

28 mart 2018 | 16:00

Martın 28-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 ili tamam olub. Ümummilli lider Heydər Əliyevin 1997-ci il martın 23- də imzaladığı sərəncamla hər il 28 mart Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı şəkildə qorunması və təhlükəsizliyi sahəsində görülən işlərin nəticəsində Azərbaycan hazırda dünyada ən sabit ölkələrdən birinə çevrilib. Xalqımızın milli maraq və mənafelərinin, təhlükəsizliyin, ölkəmizdə sabitliyin və əmin- amanlığın qorunmasında DTX-nın xüsusi rolu var. Dövlət Təhlükəsizliyi Xidmətinin Qəbələ Rayon Şöbəsinin işçiləri də martın 28-də peşə bayramlarını qeyd edib. Tədbir iştirakçıları həmin gün ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə əklil qoyaraq gül-çiçək dəstələri düzüb, ulu öndərin işıqlı xatirəsinə öz ehtiramlarını bildirib. Dövlət Təhlükəsizliyi Xidməti orqanlarının peşə bayramı ilə əlaqədar keçirilən tədbirdə DTX Qəbələ Rayon Şöbəsinin əməkdaşları ilə bərabər Qəbələ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak edib.

Keçidlər