Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ məktəbliləri Göygöldən və Şəmkirdən zəngin təəsüratlarla ayrılıblar.

30 mart 2018 | 02:00

Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya çıxan Qəbələ məktəbliləri martın 28-də Göygöl və Şəmkir rayonları ilə tanış olublar. Şagirdləri şəhər mərkəzində Göygöl Rayon İcra Hakimiyyətinin, mədəniyyət və turizm şöbəsinin, şəhər ictimaiyyətinin nümayəndələri qarşılayıb. Məktəblilərə rayonun tarixi və bu günü barədə məlumat verilib. Tur-aksiya iştirakçıları şəhərlə tanışlığa Heydər Əliyev Mərkəzindən başlayıblar, burada ulu öndərin həyat və fəaliyyəti ilə tanış olublar. Daha sonra məktəblilər rayon tarix-diyarşünaslıq muzeyində olub, eksponatlara tamaşa ediblər. Qəbələ məktəblilərinin Göygöl rayonunda səfər etdikləri sonuncu məkan füsunkar Göygöl olub. Həmin gün Şəmkir rayonuna səfər edən məktəblilər Heydər Əliyev Mərkəzinin önündə qarşılanıb. Onlar mərkəzdə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər və digər sənədlərlə tanış olublar. Bayraq meydanında Azərbaycanda mövcud olmuş dövlətlərin bayraqlarının əks olunduğu guşələr də şagirdlərdə maraq oyadıb. Məktəblilər Şəmkirdə vaxtilə almanlar tərəfindən inşa olunmuş lüteran kilsəsi ilə də tanış olublar. Bununla da məktəblilərin Göygöl və Şəmkir rayonlarına səfərləri zəngin təəssüratlarla başa çatıb.

Foto qalereya

 

Keçidlər