Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə ümumrayon tədbiri keçirilmişdir.

08 may 2013 | 15:00

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə ümumrayon tədbiri keçirilmişdir. Rayon ictimaiyyətinin qatıldığı tədbirdə ilk öncə rayon icra hakimiyyətinin nümayəndələri idarə, müəssisə və təşkilatların işçiləri rayonun ağsaqqalları, sahibkarlar şəhərin mərkəzindəki Heydər Əliyev parkına gələrək dahi şəxsiyyətin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq dərin ehtiramlarını bildirmişlər. Daha sonra rayonun Heydər Əliyev Mərkəzinə baxış keçirilmişdir. Burada ictimaiyyət nümayəndələrində  Ümummilli Liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlar haqqında geniş məlumat verilmişdir. Bayram əhval-ruhiyyəsi ilə qarşılanan yubiley münasibətilə rayonda Respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə geniş konsert proqramı təşkil olunmuşdur. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış etmişdir. Natiq öz çıxışında diqətə çatdırmışdır ki,  bu il xalqımız Ümummilli lider, dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin anadan olmasının  90 illiyini böyük təntənə ilə qeyd edir.
Azərbaycanın müstəqilliyinin qorunub saxlanması və əbədiyyətə çevrilməsi, milli dövlətçiliyin inkişafı, müstəqil ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi, dünya azərbaycanlılarının möhkəm birliyinin yaradılması dahi şəxsiyyət Heydər Əliyevin xalq və vətən qarşısında ən yüksək tarixi xidmətlərindəndir,
Ümummilli lider həyatını, zəkasını və bacarığını Azərbaycan xalqına həsr etmişdir.
Dahi şəxsiyyət birinci növbədə Azərbaycanı geosiyasi oyunlar məngənəsindən çıxarıb, onu milli maraqları daim qorumaq iqtidarına malik olan müstəqil dövlətə çevirdi. Onun yeni siyasi strategiyası Azərbaycanın regional lider dövlətinə çevrilməsini təmin etdi.
Ulu öndər tətəfindən yürüdülən müdrik xarici siyasət ölkəmizin bütün tərəfdaş dövlətlərlə əlaqəsini qarşılıqlı maraqlara uyğun olaraq təmin olunmasını ön plana çəkdi.
Qeyd olunmuşdur ki, bu gün Azərbaycanın sürətli inkişafı Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirirlmiş inkişaf xəttinin məntiqi nəticəsidir.
14 iyul 1969-cu il vətənimizin tatixində ən yaddaqalan, şərəfli günlərdən biridir. Məhz bu tarixi gündə müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın xilaskarı Heydər Əlirza oğlu Əliyev Azərbaycan hakimiyyətinin sükanı arxasında əyləşdi. Məhz 1969-cu ilin 14 iyulundan qüdrətli dövlətin, milli intibahın, sosial tərəqqinin, mənəvi yüksəlişin əsası müəyyənləşdi. Bu zamandan bütün dövrlərdə dünyanın ən böyük Azərbaycanlısı sayılacaq Heydər Əliyev erasının təməli qoyuldu. Xalqımız əsrlər boyu qazandığı nailiyyətləri, ali keyfiyyətləri Heydər Əliyev erasında təkmilləşdirərək sistem halına saldı, xalq kimi mövcudluğunu, dövlət qurmaq haqqını, müstəqillik bacarığını ən yüksək dərəcədə nümayiş etdirdi. Ulu öndərimizin yorulmaz fəaliyyəti nəticəsində bütün bəşəri dəyərləri özündə əks etdirən, ən ali ənənələri yaşadan və dünya sivilyasiyasına qovuşan, səsi ən mötəbər beynəlxalq tribunalardan eşidilən qüdrətli Azərbaycan dövləti yarandı. İndi Heydər Əliyev faktoru Azərbaycan dövləti və xalqı ilə vəhdət təşkil edir.
Bu vəhdət, o böyük şəxsiyyət cismən həyatda olmadığı zamanda belə, öz qüdrətini, öz ənənəsini və təntənəsini yaşayır.
Azərbaycan dövlətinin banisi və xalqımızın qüdrətli xilaskarı Heydər Əliyev həmişə bizimlə olub və əsrlər ötsə də, həmişə bizimlə olacaqdır. Daha konkret desək, o böyük şəxsiyyət elə Azərbaycan dövlətinin özüdür. O, xalqa dilini, mədəniyyətini, milli şüurunu qaytaran, xalqını və vətənini ucaldan bir fenomen və ümummilli liderdir.
Böyük öndərimiz xalqın və ölkənin mənafeyi naminə dünyanın müqəddəratını həll edən nəhəng dövlətlərlə Azərbaycanı tərəfdaş edən nəhəng və uzaqgörən siyasətçidir. O dahi insan ədalətin canlı timsalı, idarəçiliyin ensiklopediyasıdır.
Naxçıvandan Bakıya, Bakıdan Kremlə uzanan, daha sonra yenidən Bakıda - ən ali kürsüdə davam edən mübarizələrlə dolu ömür yolu Azərbaycan tarixinin şərəf salnaməsidir.
Bildirilmişdir ki, Azərbaycan həqiqətlərinin dünyaya bəyan edilməsi, Azərbaycanın iqtisadi, sənaye kompleksinin, neft sektorunun inkişafı, azərbaycançılıq və vətəndaşlıq hisslərinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, elmin, mədəniyyətin inkişafı, həyatımızın bütün sahələrində aparılan əhəmiyyətli islahatlar, müstəqil dövlət quruculuğunda əldə edilən heyrətamiz nailiyyətlər məhz Heydər Əliyevin  adı ilə bağlıdır.
Əbədiyaşar ulu öndərimiz Heydər Əliyev həm də kamil bir siyasi məktəbin yaradıcısı, mükəmməl dövlətçilik və idarəçilik sisteminin banisidir. Heydər Əliyev tək qüdrətli dövlət qurmaqla kifayətlənməmiş,  o həmçinin bu dövlətin gücünün gələcək əsrlərlə qovuşmasını təmin etmişdir. Bu gün əsas nailiyyətlərimiz sayılan ictimai sabitliyin davamlı prosesə çevrilməsi, xalqin iqtisadi rifahını təmin edəcək neft strategiyasının hazırlanması, hüquqi, siyasi və qanunverici islahatların daim aparılması və digər mühüm proseslər Heydər Əliyev siyasi kursunun Azərbaycanın dövlətçilik konsepsiyasına çevrilməsindən xəbər verir.
Ulu öndər Azərbaycana fədakarlıqla xidmət etməyin ən kamil  modelini və örnəyini nümayiş etdirdi.
Ölkənin taleyi və sabahı üçün həlledici bir məqamda xalqımız trixin və zamanın sınaqlarından çıxmış müdrik bir liderə ehtiyac duyurdu. O lider ki, ölkəni ağır vəziyyətdən çıxarıb beynəlxalq birliyə inteqrasiyasını və beynəlxalq arenada öz layiqli yerini tapmasını təmin etsin. Bu, heç şübhəsiz, dərin zəkaya, geniş dünyagörüşünə və təcrübəyə malik olan, dünya siyasətində öz dəst-xətti ilə seçilən Ümummilli lider Heydər Əliyev idi. Məhz Azərbaycan  xalqının təkidli tələbi ilə 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdan Heydər Əliyev Milli Məclis qarşısında etdiyi dərin məzmunlu tarixi çıxışında yeni siyasi strategiyanın mahiyyətini açıqladı, ölkəmizin xarici siyasət prioritetlərini müəyyən etdi. Bu, əlbəttə, Azərbaycan xalqının taleyində dönüş məqamı kimi yaddaşlara yazıldı.
Azərbaycanın qazandığı bütün uğurlar və həmçinin dövlətimizin mövcudluğu bu dahi şəxsiyyətin adı ilə bağlıdır. Ona görə də bu ölkəni Heydər Əliyevin Azərbaycanı adlandırmağa tam mənəvi haqqımız var.
Ümummilli liderimiz Azərbaycanın digər bölgələri kimi, Qəbələ rayonuna da həmişə böyük diqqət və qayğı göstərmişdir. Onun Qəbələyə hər bir səfərini rayon sakinləri bu gün də böyük ehtiramlarla  xatırlayır. Qeyd etməliyəm ki, bu gün Qəbələnin analoqu olmayan sürətli inkişafının, tərəqqisinin təməlində məhz ulu öndərin uzaqgörən siyasəti dayanır.
Bəli, bu ölkə Heydər Əliyevin yaratdığı Azərbaycandır və Əliyevçilik irsi bizi daim irəliyə aparacaqdır. Qarşıda bizi Heydər Əliyev siyasi xəttinin daha böyük uğurları gözləyir.
Minilliklər boyu əldə edilməsi mümkün olmayan nailiyyətlərin reallaşması Ümummilli liderimizin uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur.
Ölkəmiz bu siyasətin uğurlarını hiss edir və bundan faydalanır.
Ulu öndər Heydər Əliyevin bütün uğurlarının fövqündə duran məslək, milli ideya, qüdrətli məfkurə, azərbaycançılıq ideologiyası, milli - mənəvi dəyərlərin qorunması, təbliğ edilməsi baxımından mükəmməl bir ideologiya və dəyərli ideya kimi Azərbaycan reallığında bərqərar olmuş və bu kurs ümummilli liderin siyasi varisi, respublikamızın Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.
Planetar təfəkkürlü gənc siyasi lider cənab İlham Əliyev yeni dövrün dövlət başçısı kimi praqmatik, rassional və geniş baxışlara malik olan siyasətçidir. Təbii ki, Azərbaycanın regionda ən qüdrətli dövlət kimi tanınması da bununla əlaqədardır. 
Azərbaycanın şərəfli tarixini yazan dahi şəxsiyyətin xalq və vətən qarşısında ən böyük xidmətlərindən biri də yeganə oğlunu ali hakimiyyət sükanı arxasına gətirməklə, müstəqil dövlətimizin gələcək taleyüklü vəzifələrini məhz ona etibar etməklə bir daha vətən qarşısında analoqu olmayan fədakarlıq nümayiş etdirmişdir.
Ulu öndər vaxtilə demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram...”
Diqqətə çatdırılmışdır ki, tarix və zaman dahi şəxsiyyətin uzaqgörən fikirlərini bir daha təsdiq etdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ümummilli liderin yolunu qətiyyətlə və böyük məharətlə davam etdirir. Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 10 il müddətində ölkəmiz əsrə bərabər inkişafa və tərəqqiyyə nail olmuşdur. Bu tərəqqinin, inkişafın bariz nümunəsini Qəbələ rayonunun timsalında da görmək olar.
Bu gün fəxr edir və qürur hissi duyuruq ki, xalqımızın dahi oğlunun siyasi kursunu böyük qüdrətlə davam erdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev kimi uzaqgörən siyasətçimiz, gənc liderimiz vardır.
Heydər Əliyev siyasi kursu daim fəaliyyətdədir və bu siyasət xalqımızı həmişə irəliyə, daha işıqlı gələcəyə aparacaqdır. Çıxışdan sonra söz mədəniyyət və incəsənət xadimlərinə verilmişdir. Şəhərin dağlarla əhatələnmiş füsünkar bir gözəllik məkanında təşkil olunmuş konsert proqramında Ulu öndərə, müstəqilliyə, vətənə, xalqa həsr olunmuş musiqilər səslənmişdir.
Geniş tamaşaçı auditoriyası və rayonun xarici turistlərinin də iştirak etdiyi  konsert proqramı möhtəşəm bayram atəşfəşanlığı ilə başa çatmışdır.

Keçidlər