Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Ölkəmizi tanıyaq” devizi altında respublikanın qərb bölgəsinə səfər edən məktəblilər xoş təəsüratlarla Qəbələ rayonuna geri dönmüşlər.

30 mart 2018 | 07:00

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya iştirakçılarının Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyası uğurla başa çatıb. Martın 29-da Qəbələdən olan məktəblilər Gəncə şəhərindən rayona geri dönmüşlər. Tur-aksiya iştirakçılarını Qəbələ Rayon İcra Hakimiyyətinin məsul işçiləri qarşılayıb. Aksiya çərçivəsində məktəblilər Gəncə şəhərinin, eləcə də Göygöl və Şəmkir rayonlarının sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələr, turizm obyektləri, muzeylərlə tanış olublar. Maarifləndirici xarakter daşıyan tur-aksiya zamanı məktəblilərə bölgənin tarixi, adət-ənənələri, coğrafiyası, turizm imkanları haqqında da məlumat verilib. Şagirdlərin iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar keçirilib, musiqili-əyləncəli gecə təşkil olunub.

Foto qalereya

Keçidlər