Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun bütün ümumtəhsil məktəblərində “2016-cı ilin aprel döyüşərində ordumuzun mütəşəkkil qələbəsi” mövzusunda tədbirlər keçirilmişdir.

05 aprel 2018 | 02:00

2016-cı il aprel ayı tariximizin qəhrəmanlıq səhifəsidir. Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə zamanı ən dəhşətli döyüşlərdən biri aprel döyüşləridi. Bu döyüşdə ordumuz torpaqlarımızın nəinki bir qismini hətta işğal altında olan torpaqlarımızın ucqar nöqtəsində olan Lələtəpə yüksəkliyini də ələ keçirməyi bacardı. Bu münasibətlə Qəbələ rayonunda olan bütün ümumtəhsil məktəblərində vətənpərvərlik mövzusunda tədbirlər keçirilmiş, şagirdlərin ifasında kompazisiyalar səslənmiş, “Torpaq uğrunda ölən varsa vətəndir” mövzusunda çıxışlar edilmişdir.Tədbirdə çıxış edən gənclər qeyd ediblər ki, torpaqlarımızın bütövlüyü naminə canından keçən Vətən övladlarının xatirəsi daim dərin hörmətlə anılır. Bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayan gənclər qüdrətli Azərbaycan Ordusunun Aprel döyüşlərində hərb tariximizə yeni şanlı səhifə yazdığını bildirmişlər. Tədbirdə çıxış edən digər natiqlər Azərbaycan Ordusunun Aprel döyüşlərində qazandığı parlaq qələbənin əhəmiyyətindən, Ermənistan ordusunun ağır məğlubiyyətə uğramasından,Azərbaycan əsgərinin 2016-cı ilin aprelində qazandığı qələbə Silahlı Qüvvələrimizin gücünü Ermənistan ilə yanaşı, bütün dünyaya göstərməsini qeyd etmişlər.

Keçidlər