Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Nic qəsəbəsində Pasxa bayramı qeyd olunub.

09 aprel 2018 | 16:00

Aprelin 8-də rayonunun Nic qəsəbəsində, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və Alban-Udi Xiristian İcmasının birgə təşkilatçılığı ilə Pasxa bayramı qeyd olunub. Qəsəbədəki "Cotari" alban-udi pravoslav kilsəsində təşkil olunan bayram mərasimində dini icmanın rəhbəri, kilsənin keşişi və icma üzvləri çıxış ediblər. Çıxışlarda Pasxa bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin diqqət və qayğısından danışılıb. "Cotari" alban-udi kilsəsinin əsaslı şəkildə bərpasının ölkədə tolerantlığa gözəl nümunə olduğu diqqətə çatdırılıb. Çıxışlardan sonra kilsədə şamlar yandırılıb, dualar oxunub. Tədbirdə iştirak edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və rayonun hüquq mühafizə orqanlarının, bir sıra idarə və təşkilatlarının rəhbərləri Alban-Udi Xiristian İcmasının üzvlərini və qəsəbə sakinlərini Pasxa bayramı münasibətilə təbrik ediblər. Qeyd edək ki, qəsəbədə 3 kilsə, 2 məscid var. Altı min əhalisi olan qəsəbədə 3700 udi yaşayır. Udilər öz dilini, dinini, adət-ənənələrini əsrlər boyu qoruyub saxlayıblar. Nicdəki məktəblərin ibtidai siniflərində udi dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.

Keçidlər