Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Zalam kəndində səyyar görüş-qəbul keçirilib.

17 aprel 2018 | 16:00

Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayevin Zalam kəndində vətəndaşlarla növbəti səyyar görüş-qəbulu keçirilib. Yığıncaqda rayonun hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak edib. Tədbirdə icra nümayəndəsi Soltan Ramazanov çıxış edərək kənddə görülmüş işlər barədə məlumat verib. O, kəndin fasiləsiz olaraq elektrik enerjisi, qaz, rabitə, içməli su və s. təmin olunduğunu qeyd edərək, ərazidə aparılan abadlıq və quruculuq işlərinə görə kənd sakinləri adından ölkə Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirib. Görüş-qəbulda kənd sakinlərindən Nazimə Ağayeva, Azad Əbdürəhimov və digərləri çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib, görülən işlərə görə ona öz dərin minnətdarlıqlarını bildiriblər. Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirib və respublikamızın bu günkü uğurlu inkişafından danışıb. RİH başçısı qeyd edib ki, ölkədə həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün respublikanın hər bir bölgəsində, o cümlədən rayonumuzda geniş tikinti-abadlıq işləri aparılır - yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur, uşaq bağçaları tikilir, sosial layihələr həyata keçirilir. Ölkə başçısı tərəfindən özəl sahəyə xüsusi diqqət yetirilir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır. Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması, insanlarımızın fəaliyyəti üçün iş yerlərinin yaradılması, onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşdırılmasıdır. Səbuhi Abdullayev son illər Zalam kəndində də bir çox quruculuq işlərinin aparıldığını qeyd edərək bildirib ki, digər kəndlərimiz kimi Zalam kəndinə də qaz xətti çəkilib, elektrik və su təsərrüfatında yenidənqurma işləri aparılıb. Bu il yaşayış məntəqəsinin mərkəzindən keçən və 10 kəndi birləşdirən asfalt yolun əsaslı təmir edilməsi, kəndarası yolların qum-çınqılla hamarlanması, suvarma kollektorunun qaydaya salınması ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Çıxışında Səbuhi Abdullayev qeyd edib ki, ölkəmizin elə bir bölgəsi yoxdur ki, orada əhalinin güzəranının yaxşılaşmasına xidmət edən mühüm layihələr həyata keçirilməsin. Bunun nəticəsidir ki, bizim şəhərimizdə, qəsəbə və kəndlərimizdə də belə uğurlu nəticələr özünü göstərir. Görüş zamanı Səbuhi Abdullayev Zalam kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.

Keçidlər