Əməyin mühafizəsi mühüm məsələdir.
Respublika Həmkərlar İttifaqı Konfederasiyasının və Təhsil işçiləri Həmkərlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə Qəbələdə “Ümumdünya Əməyin Mühafizəsi Günü”nə həsr olunmuş regional seminar keçirilmişdir. Tədbirdə 16 rayondan təhsil işçiləri həmkarlar ittifaqı rayon komitələrinin sədrləri, müəllimlər iştirak etmişlər. Seminarı giriş sözü ilə Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilat şöbəsinin müdiri Emil Rüstəmov açmışdır. Mövzü ilə əlaqədar Respublika Komitəsinin baş texniki müfəttişi Rəhim Səlimov məruzə etmişdir.O, bildirmişdir ki, Ümumdünya Əməyin Mühafizəsi Günü 1987-ci ildən başlayaraq dünyanın əksər ölkələrində qeyd olunur. Bu gün bütün sahələrdə, o cümlədən təhsil sahəsində də əməyin mühafizəsi mühüm məsələ sayılır. Natiq ümumtəhsil məktəblərində, uşaq bağçalarında və məkdəbdənkənar təhsil müəssisələrində əməyin mühafizəsi üçün lazım gələn tədbirlər barədə geniş məlumat verdi. Mövzu ilə əlaqədar təhsil işçiləri həmkərlar ittifaqı İsmayıllı, Oğuz, Şəki rayon komitələrinin sədrləri çıxış etmişlər. Qəbələ Rayon Təhsil şöbəsinin müdiri Arifə Bayramova rayonun təhsil müəssisələrində əməyin mühafizəsi sahəsində görülən işlər barədə seminar iştirakçılarına məlumat vermişdir. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev məsələnin aktuallığını qeyd etməklə tədbirin bizim rayonda keçirilməsinə görə təşkilatçılara təşəkkürünü bildirmişdir.Arif Allahverdiyev qeyd edib ki, əməyin təhlükəsizliyi və normal iş şəraitinin yaradılması üçün seminarda qaldırılan məsələlər Qəbələ təhsil müəssisələrində tam həll olunmuşdur. Əməyin mühafizəsi ilə əlaqədar keçirilən müsabiqədə qalib gəldiklərinə görə Bərdə, Oğuz, Şəki, Şamaxı, Zərdab, Qəbələ rayon komitələrinin sədrləri Azərbaycan Təhsil İşçiləri Azad Həmkərlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı ilə təltif edilmişlər.