Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Nic qəsəbəsində səyyar görüş-qəbul keçirilib.

24 aprel 2018 | 16:00

Aprelin 24-də Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi  Abdullayevin rayonun Nic qəsəbə sakinləri ilə növbəti səyyar görüş-qəbulu keçirilib.Tədbirdə rayonun hüquq mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, və qəsəbə sakinləri iştirak ediblər. Səyyar qəbulda çıxış edən Səbuhi Abdullayev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütəmadi olaraq keçirildiyini bildirib. O, ölkə başçısının bütün bölgələrə, o cümlədən Qəbələyə göstərdiyi diqqət və qayğıdan danışıb, növbəti ildə rayonda həyata keçirilməsi nəzərdə trutulan layihələrdən bəhs edib. Səbuhi Abdullayev  çıxışında digər yaşayış məntəqələrində olduğu kimi, tolerantlığın unikal modeli olan Nic qəsəbəsində də işıq, su, qaz, rabitə, yol və digər sosial qayğıların tam həll olunduğunu vurğulayıb. Qəsəbədə 5 məktəbin, 2 uşaq bağçasının, xəstəxananın, poçt  şöbəsinin, mədəniyyət evinin və s. sosial obyektlərin fəaliyyət göstərdiyini qeyd edən RİH-nin başçısı həmin müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, avadanlıqlarla təchiz edilməsi, onlara yeni binaların inşa edilməsi istiqamətində görülən  işləri diqqətə çatdırıb və bu işlərin davam etdiriləcəyini bildirib. Sonra sakinlər tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlərə baxılıb. Onların bir qismi rayon icra hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb. Görüş-qəbul zamanı çıxış edən qəsəbə sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər