Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Peşə seçimində valideynlərin rolu" mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

25 aprel 2018 | 16:00

Qəbələ Rayon Məşğulluq Mərkəzi “Peşə seçimində valideynlərin rolu” mövzusuna həsr olunmuş növbəti maarifləndirici tədbir keçirmişdir. Qəbələ şəhər 1 saylı tam orta məktəbin akt zalında baş tutan tədbirdə yuxarı sinif şagirdləri, müəllimlər, valideynlər iştirak edib. Tədbiri giriş sözü ilə məşğulluq mərkəzinin direktoru Elxan Səlimov açmış, müasir dövrümüzdə işlə təmin olunmaq üçün düzgün peşə seçiminin çox aktual məsələ olduğunu diqqətə çatdırmışdır. Elxan Səlimov bildirmişdir ki, gənclərin peşələrə düzgün istiqamətləndirilməsində müəllimlərin və valideynlərin rolu böyükdür. Bununla belə valideyn övladını təkidlə sevmədiyi peşəyə yönəltməməlidir. Təcrübə göstərir ki, valideyn məsləhəti ilə övlad istəyi peşə seçimində üst-üstə düşdükdə həmin kadr həyatda daha fəal mövqe tuta bilir. Seçdiyi peşə ilə məşğulluq ona zövq verməklə, cəmiyyət üçün də xeyirli şəxsə çevirir. Mövzu ilə əlaqədar Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin əməkdaşı Rəşad Əskərli, rayon icra hakimiyyətinin məsul işçisi Ramil Qəribov, təhsil şöbəsinin inspektoru Rasim Bayramov, şəhər 1 saylı tam orta məktəbin direktor müavini Nurdanə Müzəffərova çıxış etmişlər. Təhsilin innovativ inkişaf mərkəzinin təlimçisi Seymur İlham peşə seçimi ilə əlaqədar müxtəlif maraqlı video çarxları, izahlı şəkildə nümayiş etdirmişdir. Təlimçinin işi şagirdlərlə canlı dialoq, sual-cavab şəklində keçdiyindən maraqla qarşılanmışdır. Tədbiri rayon məşğulluq mərkəzinin direktoru Elxan Səlimov yekunlaşdırmışdır.

Keçidlər