Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
27 aprel 2018-ci il tarixdə Heydər Əliyev mərkəzində YAP Qəbələ rayon təşkilatının Qadınlar Şurası görkəmli elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirildi.Tədbiri giriş sözü ilə Qadınlar Şurasının sədri Arifə Bayramova açdı. O qeyd etdi ki, görkəmli alim, əməkdar elm xadimi, Rusiya Tibb Elmləri Akademiyasının laureatı, akademik Zərifə xanım Əliyeva tibb elminin inkişafında göstərdiyi xidmətlərə görə görkəmli tibb tədqiqatçıları tərəfindən dünya səviyyəli alim kimi qəbul edilmişdir.Qəbələ Mərkəzi Rayon Xəstəxanasının həkimi Şəhanə Pənahova akademik Zərifə xanım Əliyeva tibb elminin inkişafında qazandığı uğurlar haqqında məruzə ilə çıxış etdi.Tədbirdə qadınlar şurasının üzvlərindən Sevil Talıbova, Sədaqət Bayramova, Məhəbbət Rüstəmova, Təranə Səlimova çıxış etmiş və Zərifə xanım Əliyevanın görkəmli alim, nəcib insan, mehriban ana, sədaqətli ömür-gün yoldaşı kimi həyat və fəaliyyəti barədə danışmışlar.Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri Zərifə xanıma həsr olunmuş şeirlərdən ibarət kompozisiya ilə çıxış etmişlər.Tədbirin sonunda Zərifə xanım Əliyevaya həsr olunmuş filmlərdən fraqmentlər nümayiş etdirilmişdir.