Qəbələ Rayon Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirilib.
Mayın 2-də Qəbələ Rayon Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə “Əbədi lider” adlı dəyirmi masa keçirilmişdir.Tədbiri giriş sözü ilə İsmayıllı Regional Mədəniyyət idarəsinin Qəbələ rayonu üzrə təmsilçisi Nargilə Qafarova açıb. O öz çıxışında ulu öndər Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın müstəqilliyində və inkişafında oynadığı böyük rolundan danışıb. Sonra söz Qəbələ Rayon Mədəniyyət Mərkəzinin direktoru Malik Ağayevə verilib. Malik Ağayev çıxış edərək Heydər Əliyevin Azərbaycan mədəniyyətinin dünyaya tanıdılmasında oynadığı əvəzsiz rolundan danışıb. Daha sonra mədəniyyət mərkəzinin mədəni təşkilatçısı Vahabova Əfsanə ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinə göstərdiyi böyük diqqət və qayğıdan bəhs edib. Mərkəzləşmiş kitabxanalar sisteminin direktoru Anar Rüstəmli çıxış edərək ümummilli lider Heydər Əliyevin digər sahələrdə olduğu kimi, kitabxana işinin də müasir səviyyəyə çatdırılmasında əvəzsiz mövqeyindən söhbət açıb. Sonda mədəniyyət mərkəzinin bədii qiraət dərnəyinin üzvlərinin ifasında “O, Heydər Əliyevdir” adlı ədəbi-bədii kompozisiya səsləndirilib.