Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təşviqat tədbiri keçirilib.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Avropa İttifaqının maliyyələşdirdiyi “Qəbələ İsmayıllı və Qax rayonlarının kənd təsərrüfatı və turizm sahəsində dual peşə təhsil və təlim pilotlarının yaradılması” (EDVET) qrant layihəsinə uyğun olaraq təşviqat tədbiri keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin, inzibati ərazi nümayəndəliklərinin məşğulluq mərkəzinin əməkdaşları, özəl sektor təmsilçiləri və digər maraqlı tərəflər iştirak edib. Maarifləndirmə xarakteri daşıyan tədbiri rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyev açıb. Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev, Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Kestutis Yankauskas, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Azad Məmmədov, peşə təhsili və təlimi üzrə ekspert Şəlalə Kamilova, “Gilan” Aqrotexservisin nümayəndəsi Mustafa Əliyev, “Aqrokompleks” Qəbələ MMC-nin nümayəndəsi Sübhan Dadaşov, ASPİ-AQRO MMC-nin təmsilçisi Tanrıverdi Allahverdiyev çıxış etmişlər. Yekunda tədbir iştirakçılarının sualları cavablandırılmışdır.