Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

9 may – faşizm üzərində qələbənin 68-ci ildönümü qeyd olunmuşdur

10 may 2013 | 15:00

9 may – faşizm üzərində qələbənin 68-ci ildönümü münasibətilə. “Qafqaz Sport” otelində keçirilən tədbirin iştirakçıları ilk öncə “Ana” abidə kompleksini ziyarət etmişlər.
Mərasimdə çıxış edənlər veteranları, Qələbə günü münasibətilə təbrik etmiş, onları cəmiyyətin  əziz, hörmətli insanları olduğunu qeyd etmişlər. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Səbuhi Abdullayev faşizm üzərində Qələbənin qazanılmasında müstəsna xidmətləri olan veteranların qayğı və problemləri ilə maraqlanmışdır. O, bildirmişdir ki, bəşər tarixinin ən dəhşətli müharibəsində qələbənin əldə olunmasına Azərbaycan xalqı da böyük töhfələr vermişdir.
İkinci dünya müharibəsi illərində Azərbaycan xalqı ön və arxa cəbhədə böyük qəhrəmanlıq göstərmişdir. Bu müharibədə xalqımız 640 mindən çox oğul və qızını cəbhəyə yola salmışdır ki, onların təxminən yarısı döyüşlərdə həlak olmuşdur. Qəbələ rayonundan 6000 nəfər müharibədə iştirak etmiş və onlardan 3000-ə yaxını sağ qalaraq Vətənə dönmüşdür. Hazırda Qəbələdə 23 nəfər Böyük Vətən müharibəsi iştirakçısının yaşadığını qeyd edən natiqlər həmin döyüşlərdə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətlərinin, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətlərinin heç vaxt yaddaşlardan silinməyəcəyini, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacağını diqqətə çatdırmışlar.
Tədbirdə veteranların hər birinə rayon icra hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərman təqdim olunmuşdur.  Tədbirdə çıxış edən müharibə iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.
Mərasim müsiqi proqramı ilə davam etdirilmişdir.

Keçidlər