Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Barlı bağlar” layihəsinin növbəti maarifləndirici tədbiri Mirzəbəyli kəndində keçirilib.

06 may 2018 | 02:00

“Gilan” Holdinqin kənd təsərrüfatı qrupu “Barlı bağlar” layihəsi çərçivəsində mayın 4-də rayonun Mirzəbəyli kəndində “Mütərəqqi bağçılıq” mövzusuna həsr olunmuş növbəti maarifləndirici tədbir keçirib. Kənddə fındıqçılıqla məşğul olan fermerlərin iştirak etdiyi tədbirdə onlara bu sahənin inkişafı ilə bağlı nəzəri və təcrübi bilgilər verilib. Seminar-müşavirədə “Gilan Aqrocenter Group” MMC-nin Emal Departamentinin direktoru Üzeyir Pənahov fındıqçılığın strateji sahə olduğunu, ölkə başçısının göstərişinə əsasən bu sahəyə dövlət qayğısının artırıldığını və bununla əlaqədər bağbanlarımızın yüksək gəlir əldə etdiklərini diqqətə çatdırıb. Maarifləndirici seminarda “Gilan” Qəbələ Yeyinti Məhsulları İstehsalı ASC-nin direktoru Anar İsmayılov çıxışında fındıqçılığın inkişafı istiqamətində görülən işlər barədə məlumat verərək fındıqçılığın, eləcə də kənd təsərrüfatının digər ənənəvi sahələrinin inkişaf etdirilməsinin dövlət başçısının diqqət mərkəzində olduğunu bildirərək son vaxtlar bununla bağlı davamlı tədbirlərin həyata keçirildiyini qeyd edib. Sonra USAİD beynəlxalq təşkilatının təmsilçisi, fındıqçılıq üzrə aqronom Ziyafəddin Əliyev tədbir iştirakçılarına mövzu ilə əlaqədar mühazirə oxuyub. Məlumat verilib ki, kənd təsərrüfatının ixrac potensialı yüksək olan fındıqçılığın rayonda daha da inkişaf etdirilməsi ilə bağlı xarici ölkələrin mütərəqqi aqrotexniki qulluq metodlarından istifadə edilməlidir. Eləcə də dünya ölkələrinin təcrübələrinə əsaslanmaqla ənənəvi qaydalara da əməl olunması, yüksək məhsuldarlıq və yüksək keyfiyyət üçün stimul verir. Ölkəmizdə fındıq istehsalının böyük bir hissəsinin məhz Qəbələ rayonunun payına düşdüyü diqqətə çatdırılaraq qeyd olunub ki, fındıqçılıq rayon əhalisinin əsas qazanc mənbələrindən biri hesab olunur. Rayonun digər kəndlərində olduğu kimi Mirzəbəyli kəndində də bu sahəyə maraq ildən-ilə artır. Mövzu ətrafında fermer və sahibkarlara fındıq ağaclarının vaxtında əkilməsi, aqrotexniki qaydalara uyğun becərilməsi və tədarükünə dair faydalı məsləhətlər verilib, onların sualları cavablandırılıb. Tədbirdə belə işgüzar görüşlərin fermer və sahibkarlar üçün olduqca əhəmiyyətli olduğu vurğulanıb.

Keçidlər