Heydər Əliyevin 95-ci ildönümünə həsr edilmiş toplantı keçirilmişdir.
Rayonun təhsil işçiləri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş geniş tədbir keçirmişlər. Tədbirdə Qəbələ rayon ümumtəhsil məktəblərinin müəllimləri, rayon icra hakimiyyətinin nümayəndələri, uşaq yaradıclıq inkişaf mərkəzinin pedaqoji kollektivi iştirak etmişlər. Toplantıda Heydər Əliyev “Müasir Azərbaycanın Memarı” mövzusunda rayonun Bunud kənd tam orta məktəbinin müəllimi Fuad Əlifov geniş məruzə etmişdir. Daha sonra Şəhər 3 saylı tam orta məktəbin müəllimi Məlyekə Rəsulova və şəhər 5 saylı tam orta məktəbin müəllimi Aygün Əliyeva Heydər Əliyevin həyat fəaliyyətindən söz açmışlar. Qəbələ Rayon Təhsil Şöbəsinin müdiri Arifə Bayramova Heydər Əliyevin xalqa, vətənə, ölkənin inkişafına göstərdiyi xidmətləri, gənc nəslin təhsili üçün gördüyü işləri, Azərbaycanın müstəqilliyinin qorunması uğrunda etdiyi fədakarlıqları geniş qeyd edərək, dahi şəxsiyyətin dövlətçiliyimizin və müstəqilliyimizin tərəqqisi naminə həyata keçirdiyi mütərəqqi islahatların prioritetlərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Sonda uşaq yaradıcılıq inkişaf mərkəzinin “Təbəssüm” qrupunun ifasında maraqlı rəqslər ifa edilmiş, iştirakçılar ümummilli lider Heydər Əliyevə həsr olunmuş sərgiyə baxış keçirmişlər.