Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Gənclər və idman naziri Azad Rəhimov Qəbələ rayonunda Şəki, Balakən, Oğuz, Qax, Qəbələ, Zaqatala və İsmayıllı sakinlərinin şikayət və müraciətlərini dinləyib.

08 may 2018 | 02:00

Gənclər və idman naziri Azad Rəhimov Qəbələ rayonunda Şəki, Balakən, Oğuz, Qax, Qəbələ, Zaqatala və İsmayıllı sakinlərinin şikayət və müraciətlərini dinləyib.Qəbələ Mədəniyyət Mərkəzində keçirilən və ümumilikdə 20-yə yaxın vətəndaşın iştirak etdiyi qəbulda müraciətlər əsasən gənclər, idman və digər sahələri əhatə edib. Qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, gənclərlə bağlı müxtəlif layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay-qış istirahət düşərgələrinin təşkili, Gənclər mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti gənclər sahəsini əhatə edən müraciətlər olub. İdman sahəsi üzrə edilən müraciətlər sırasına isə fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, yeni Olimpiya İdman komplekslərinin, idman mərkəzlərinin tikintisi və təmiri, Uşaq Gənclər və İdman mərkəzlərinin (UGİM) və bölmələrinin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı və s. mövzular daxil olub. Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Keçidlər