Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Hacıalılı kəndində səyyar görüş-qəbul keçirilib.

09 may 2018 | 07:00

Mayın 8-də Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin rayonun Hacıalılı kənd sakinləri ilə görüş-qəbulu keçirilmişdir. Görüş-qəbulda rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək ölkədə qazanılan uğurlardan danışmışdır. Sonra xidmət təşkilatlarının rəhbərləri ərazidə öz sahələri üzrə görülən işlər və ilin sonunadək həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat vermişlər. Daha sonra Hacıalılı kənd sakinləri onları narahat edən sosial məsələlərin həlli ilə bağlı təkliflər irəli sürmüşlər. Müraciət edən vətəndaşlar yaşayış məntəqəsinin yeni massivində subartezian quyusunun qazılmasını və ərazinin yay mövsümündə suvarma suyu ilə təchizatını daha da yaxşılaşdırmaq məqsədi ilə əlavə tədbirlər görülməsini xahiş etmişlər. Səbuhi Abdullayev Hacıalılı kəndində keçirilən görüş-qəbulda sakinlər tərəfindən edilən müraciətlərlə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə lazımi tapşırıq və göstərişlər vermişdir.

Keçidlər