Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Təhsil və təşviq üçün idman” adı altında oyun festivalı

13 oktyabr 2012 | 15:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2012-ci ilin “İdman ili” elan edilməsi və Milli Olimpiya Komitəsinin 20 illiyinin qeyd olunması məqsədilə Gənclər və İdman Nazirliyi Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi ilə birlikdə bir çox layihələr həyata keçirir.
Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və UNİSEF-in təşkilatçılığı ilə “Təhsil və təşviq üçün idman” adlı layihədir. Layihənin məqsədi məktəblərdə fiziki tərbiyə fənninin tədrisini təkmilləşdirməklə bu fənnə marağın artırılması, uşaqların idman və bədən tərbiyəsi ilə kütləvi şəkildə məşğul olmasını təmin etmək, fiziki tərbiyə müəllimlərinin bilik və bacarıqlarının artırılması, şən və təhlükəsiz oyunlar vasitəsilə məktəblilərə Uşaq hüquqları, Sağlam həyat tərzi, Həyat bacarıqları və Olimpizmin öyrədilməsi və eyni zamanda qız və qadınlar arasında idman və bədən tərbiyəsinin təşviqidir.
Bu məqsədlə Qəbələ rayonunda 7 məktəbdən 7 fiziki tərbiyə müəllimi və bu məktəblərdən olan 12-17 yaş arası olan 70 məktəbli seçilmişdir. İşçi qrup ilk olaraq seçilmiş müəllimlər üçün 1 günlük təlimlər keçmiş, hazırlığın yüksək səviyyədə təşkili üçün məktəblərə tələb olunan idman və oyun ləvazimatları verilmişdir.
Oktyabr ayının 12-də Qəbələ Olimpiya İdman Kompleksində 200-dən artıq uşaq və yeniyetmənin iştirakı ilə layihənin yekun mərhələsi olan Oyun Festivalı keçirilmişdir. Tədbiri rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov açaraq iştirakçıları və qonaqları salamlamış, layihənin məqsəd və vəzifələri haqqında danışmışdır. Daha sonra Milli Olimpiya Komitəsinin məsul işçisi Vaqif Əliyev və rayon İcra Hakimiyyətinin nümayəndəsi Tural Bağırov iştirakçıları salamlamış və komandalara uğurlar arzulamışlar.
Tədbir idman üslublu musiqilərin müşayətilə başlamış, məktəblərdən seçilmiş 10 nəfərdən (5 qız və 5 oğlan) ibarət olan komandalar arasında beş estafetdən ibarət maraqlı və gərgin yarış başlamışdır.
Oyunların yekununda qalib gəlmiş Zarağan kənd 2 saylı tam orta məktəbin komandasına Milli Olimpiya Komitəsinin xüsusi diplom və hədiyyələri, digər komandalara isə fəxri-fərmanlar təltif edilmişdir.

Keçidlər