Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar tanışlıq məqsədilə Qəbələdə
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar tanışlıq məqsədilə Qəbələ rayonuna gəlmişdir
Qəbələ Rayon İcra Hakimiyyətində qarşılanan səlahiyyətli səfirə rayon haqqında ətraflı məlumat verilmişdir. Diqqətə çatdırılmışdır ki, ölkəmizin bütün regionlarında olduğu kimi, Qəbələ rayonunda da sosial-iqtisadi inkişaf sürətlə həyata keçirilir.
Bildirilmişdir ki, Qəbələ təbii gözəlliyi, əməksevər insanları ilə respublikamızda seçilən bölgələrdəndir. Son 10 ildə rayonda aparılan tikinti-quruculuq işləri, yeni istehsal müəssisələrinin işə salınması, əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən işlər rayona turizm axının xeyli sürətləndirib. Bu gün Qəbələ beynəlxalq tədbirlərə ev sahibliyi edir. Rayonun turizm infrastrukturunda mövcud olan yüksək xidmət və açıq turizm potensialı buraya gələn turistlərin sayının ildən-ilə artmasına təkan verir.
Görüşdə Riçard Morninqstar Qəbələ haqqında eşitdiklərinin burada canlı şahidi olduğunu qeyd etmişdir. Bura həqiqətən gözəl məkandır deyən səfir Qəbələ rayonuna səfərindən məmnunluğunu ifadə etmişdir.
Görüş sonu hər iki tərəflər arasında qarşılıqlı hədiyyələr təqdim olunmuşdur.
Riçard Morninqstarın Qəbələyə səfəri davam edir.