Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda əmək yarmarkası keçiriləcəkdir.

12 may 2018 | 16:00

Rayonda Qəbələ Məşğulluq Mərkəzi tərəfindən işsiz və işaxtaran vətəndaşlar üçün əmək yarmarkası təşkil olunacaq. Yarmarkanın may ayının 16-da, Qəbələ şəhərində, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin inzibati binasında keçirilməsi planlaşdırılır. İşəgötürənlərin nümayəndələrinin də iştirak edəcəyi yarmarkada boş iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək. Tədbirlərdə sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə kvota üzrə iş yerlərinin təqdim olunması, peşə hazırlığı və əlavə təhsil kurslarına göndərilməsi, eləcə də ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatının aparılması da nəzərdə tutulur.

Keçidlər