Rayonun Kürd kəndində səyyar görüş-qəbul keçirilib.
Növbəti səyyar görüş-qəbul mayın 22-də rayonun Kürd kəndində keçirilib. Görüş-qəbulu giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev ötən müddət ərzində Kürd kəndində də xeyli işlərin görüldüyünü, sakinlər tərəfindən qaldırılan problemlərin həll edilməsi üçün mühüm addımlar atıldığını, onlarla keçirilən hər bir görüşdən sonra ərazidə xeyli abadlıq və quruculuq işlərinin görüldüyünü diqqətə çatdırıb. RİH başçısı həmçinin son illər ərzinə Kürd kəndində yeni məktəb binasının inşa olunduğunu, kəndin tamamilə qazlaşdığını, əlavə subartezian quyusunun qazıldığını və əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən bütün tədbirlərin Prezident cənab İlham Əliyevin Qəbələ rayonuna göstərdiyi diqqət və qayğının əyani təzahürü olduğunu qeyd edib. Sakinlərin onları narahat edən məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran Səbuhi Abdullayev qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.