ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın Qəbələyə səfəri davam edir.
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın Qəbələyə səfəri davam edir. Səfər çərçivəsində səfir Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzində yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə, həmçinin rayonun Tüntül kənd orta məktəbində “İngilis dili üzrə mikro təqaüd proqramı” çərçivəsində təhsil alan şagirdlərlə görüşüb.
Görüşdə məlumat verilib ki, məktəbin 15-17 yaşlı 25 şagirdi artıq bir ildir ki, bu proqram üzrə ingilis dili kurslarında iştirak edir. Şagirdlərə ingilis dilini yerli müəllimlər öyrədir. Şagirdlər səfirlə bir başa ingilis dilində söhbətlər aparıblar. ABŞ səfiri müasir dövrdə dünyada ingilis dilinin necə böyük əhəmiyyətə malik olduğunu bildirib və şagirdlərin ötən bir il ərzində bu dili orta səviyyədə öyrənmələrini yüksək qiymətləndirib. Səfir şagirdlərə anadan olduğu Boston şəhəri, oxuduğu Harvard universisteti barədə məlumat verib, şəkillər göstərib. Müəllim və şagirdlərlə keçirilən görüşdə bildirilib ki, səfirliyin həyata keçirdiyi bu proqram çərçivəsində hazırda Azərbaycanın 16 şəhər və rayonunda 240 şagird ingilis dilini öyrənir. 2004-cü ildən etibarən proqrama əsasən dünyada 95 mindən çox şagird,. 2007-ci ildən Azərbaycanda isə 800 şagird bu dili öyrənmişdir. İki illik kursları bitirən şagirdlər gələcəkdə FLEKS proqramında iştirak edərək ABŞ-da bir illik təhsil almaq imkanı əldə edir. Hazırda 6 nəfər bu proqram çərçivəsində ABŞ-da təhsil alır. Riçard Morninqstarın Qəbələyə səfəri davam edir.