Cümhuriyyətin 100 illiyi ilə bağlı dəyirmi masa keçilmişdir.
Qəbələ Mədəniyyət Mərkəzində Azərbaycan Xalq Cumhuriyyətin 100 illiyinə həsr olunmuş “dəyirmi masa” təşkil edilib. Əvvəlcə mərkəzin foyesində həvəskar rəssamların əsərlərindən hazırlanmış rəsm sərgisinə baxış keçirilib. Sonra isə tədbir “dəyirmi masa” ətrafında davam etdirilib. İsmayıllı Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Nargilə Qafarova giriş sözü ilə tədbiri açaraq Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə bağlı ətraflı məlumat verib. Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Zərxanım Ağayeva, mədəniyyət mərkəzinin direktoru Malik Ağayev, incəsənət məktəbinin direktoru Əhməd Qəndiyev və mədəniyyət mərkəzinin işçisi Fidan Şirinova çıxış edərək 1991-ci ildə müstəqilliyinin bərpasına nail olan respublikamızın özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını, Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himninin yenidən qəbul etdiyini, dövlətçilik tariximizdə ilk parlamentli respublika olduğunu bildiriblər.