Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub.

26 may 2018 | 06:00

Qəbələ rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikasının yaranması, Cümhuriyyətin 100 illiyi münasibəti ilə tədbir keçitilmişdir. Tədbirdə çıxış edən baş həkim Sabir Bayramov şərqdə ilk demokratik respublikanın yaranması, dövlət quruculuğu, misilsiz mübarizə barədə məlumat verdi. Çıxış edənlər baş həkimin müalicə işləri üzrə müavini Fikrət Cəfərov, baş həkimin müavini Cavanşir Məlikov, YAP rayon səhiyyə ilk təşkilatının sədri, pediatriya şöbəsinin müdiri Saleh Aslanov, reanimotoloq Şəfəq Alməmmədov, travmatoloq Vaqif İsmayılov Azərbaycan cümhuriyyətinin xalqımızın həyatında böyük rolu, bu günü üçün yaratdığı bünövrədən danışdılar. Çıxışlarda ulu öndər Heydər Əliyev zəkası ilə qurtuluş günü yaşayan, onun layiqli davamçısı ölkə prezidenti İlham Əliyevin titanik səyləri ilə dünya birliyində öz layiqli yerini tutaraq sabaha inamla addımlayan ölkəmizin məhz Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulandı. Böyük şəxsiyyətimizin ruhu ehtiramla yad edildi.

Keçidlər