Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar yubiley tədbiri keçirilmişdir .

26 may 2018 | 16:00

Qəbələ şəhər 1 nömrəli tam orta məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar yubiley tədbiri keçirilmişdir. Tədbir Aəzrbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Aparıcılar Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixi şərait, cümhuriyyətin yaranması üçün fədakarlıq göstərən şəxsiyyətlər barədə geniş məlumat vermiş. Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəailiyyəti dövründə həyata keçirilən mühüm quruculuq işlərindən bəhs etmişlər. Çıxış edənlər müasir müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu qeyd etmişlər. Onlar bildirmişlər ki, ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamamış, müstəqilliyi daimi və sarsılmaz olmuşdur. Məktəblilərin ifasında Vətənə, Dövlət Bayrağına həsr olunmuş şeirlər mahnılar səslənmişdir. Rayon icra hakimiyyəti başçısısnın müavini Ətayə Osmanova Cümhuriyyətin 100 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, bayram şənliyinin hazırlanmasında fəal iştirakçılarına görə məktəbin pedoqoji kollektivinə və şagirdlərə təşəkkür etmişdir. Bayram tədbirində rayon təhsil şöbəsinin müdiri Arifə Bayramova şöbənin əməkdaşları, şəhər məktəblərinin rəhbərləri və müəllimləri iştirak etmişlər.

Keçidlər