Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Respublika fənn olimpiadasında uğur qazanan məktəblilərlə rayon icra hakimiyyətində görüş keçirilib.

30 may 2018 | 02:00

Qəbələ rayonunun ümumtəhsil məktəblərinin 12 nəfər şagirdi Bakı şəhərində keçirilən Respublika fənn olimpiadasının final mərhələsində iştirak etmişlər. Onlardan 6 nəfəri müxtəlif fənnlər üzrə yüksək nəticə qazanaraq fənn olimpiadasının qalibi olmuşlar. Qaliblərə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən gümüş və bürünc medallar təqdim olunmuşdur. Bu məqsədlə Qəbələ rayon icra hakimiyyətində qalib şagirdlərlə keçirilən görüşdə Qəbələ rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev olimpiadanın final mərhələsində müvəffəqiyyət qazanmış Qəbələ məktəblilərini təbrik edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan təhsil islahatlarından, dövlət tərəfindən təhsil müəssisələrinin əsaslı təmir edilməsi, yenilərinin tikilməsi, onların maddi-texniki təchizatının möhkəmləndirilməsi sahəsində görülən işlərdən danışıb və bütün bunların Azərbaycanın xoşbəxt gələcəyinə hesablandığını diqqətə çatdırıb. Qeyd olunub ki,  son dövrlərdə rayonda təhsil müəssisələri üçün yeni binaların tikintisi və ya əsaslı şəkildə yenidən qurulması, ümumtəhsil məktəblərinin ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinin yüksəldilməsinə öz müsbət təsirini göstərib. Görüşdə olimpiada qaliblərinə rayon icra hakimiyyətinin fəxri fərmanları və xatirə hədiyyələri təqdim olunub. Qeyd edək ki, respublika fənn olimpiadasında  Qəbələ şəhər 3 saylı tam orta məktəbin XI sinif şagirdi Gülsüm Quluyeva Azərbaycan dili fənni üzrə gümüş medala, rayonun  Mıxlıqovaq kənd tam orta məktəbin X sinif şagirdi Röyal İsmayılov coğrafiya fənni üzrə gümüş medala, Həmzəli kənd tam orta məktəbinin şagirdlərindən X sinif şagirdi Turac Tahirova coğrafiya fənni üzrə gümüş medala, XI sinif şagirdi Dilbər Ağayeva kimya fənni üzrə - bürünc medala, Vəndam qəsəbə 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Sona Pənahlı kimya fənni üzrə bürünc medala və Nohurqışlaq kənd tam orta məktəbinin IX sinif şagirdi Məleykə Abuşova bürünc medala layiq görülüblər.

Keçidlər