Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar Qəbələ rayonuna səfəri başa çatmışdır.

15 may 2013 | 15:00

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar Qəbələ rayonuna səfəri başa çatmışdır. Rayonla tanışlıq çərçivəsində  səfir  Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Qəbələ Mədəniyyət Mərkəzində təşkil edilən Qəbələ III Beynəlxalq İncəsənət Sərgisininə də baxış keçirmişdir.Bildirilmişdir ki,  ilk dəfə 2010-cu ildə ''Qəbələ I Beynəlxalq İncəsənət Sərgisi'' başlığı altında  rayonda keçirilən möhtəşəm sərgidə  14 ölkədən (ABŞ, Almaniya, Avstraliya, Azərbaycan, Böyük Britaniya, Braziliya, Fransa, Gürcüstan, İtaliya, Koreya, Latviya, Polşa, Rusiya, Türkiyə)  81 rəssamın,  2011-ci ildə təşkil olunan, ''Qəbələ II Beynəlxalq İncəsənət Sərgisi''ndə  18 ölkədən (ABŞ, Almaniya, Avstriya, Azərbaycan, Böyük Britaniya, Çexiya, Fransa, Gürcüstan, İsrail, İtaliya, Koreya, Qazaxıstan, Latviya, Rusiya, Slovakiya, Türkiyə, Ukrayna, Yaponiya) 116 rəssamın əlişləri nümayiş etdirilmişdir.  2013-cü ilin may ayının 5 dən başalayan “Portretlərin melodiyası”adı altında ''Qəbələ III Beynəlxalq  İncəsənət Sərgi''si isə Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunur.“Portretlərin melodiyası” adlı sərgidə  dünyanın 23 ölkəsini-Azərbaycan, Almaniya, Avstriya, Albaniya, Braziliya, Banqladeş, Bolqarıstan, Gürcüstan, İsrail, İtaliya, Koreya, Latviya, Rusiya, Yaponiya, Yunanıstan, Sinqapur, İraq, İran, Hollandiya, Əlcəzair, Finlandiya, Türkiyə və Ukraynanı təmsil edən 158 rəssamın 291 əsərləri nümayiş etdirilir.Daha sonra səfir "Beltmann" piano fabrikində istehsal prosesini yaxından izləmişdir. Burada  Riçard Morninqstara müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, 2009-cu ildən fəaliyyətə başlayan fabrik hazırda dünyada "Beltmann" markalı pianolar istehsal edən yeganə müəssisədir.Fabrikdə istehsal prosesi ilə tanışlıq zamanı qeyd edilmişdir ki, regionda analoqu olmayan və ən son beynəlxalq standartlara cavab verən bu müəssisə inzibati bina və istehsal sahəsindən ibarətdir. Pianolar sexlərdə yığılaraq, xüsusi avadanlıqla təchiz olunmuş altı otaqda sazlanır və köklənir. Fabrikdə ildə 1200-1500 pianonun istehsal edilməsi mümkündür.ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar və xanımı Feys Morninqstar Qəbələ rayonuna səfəri çərçivəsində Nic qəsəbəsindəki “Cotari” Alban kilsəsinə də getmişdir. Nic qəsəbəsində yaşayan azsaylı xalqların yaşayış tərzi, kilsənin tarixi, fəaliyyəti ilə yaxından maraqlanan səfirə qəsəbənin icra nümayəndəsi Vidadi Mahmudov, Alban-Udi xristian dini icmasının sədr müavini, və Udi Mədəniyyət Mərkəzinin rəhbəri məlumat verərək qeyd etmişlər  ki, “Cotari“ Alban kilsəsi (məbədi) Qəbələ rayonunun Nic qəsəbəsində tarixi baxımdan ən əhəmiyyətli abidələrdən biridir.Nic qəsəbəsi tolerantlığın kiçik modeli hesab edilir. Burada azərbaycanlılar, ləzgilər, udinlər mehriban şəkildə bir yerdə yaşayırlar. Dövlət tərəfindən udinlərə öz dilini, dinini, adət-ənənələrini, mədəniyyətini qoruyub saxlamaq və inkişaf etdirmək üçün yüksək şərait yaradılmışdır.Görüş zamanı rayonda udinlərə qarşı heç bir ayrı-seçkiliyin olmadığı qeyd edilmiş, göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.Görüşdə səfir Riçard Morninqstar bildirmişdir ki, Azərbaycanda dövlət- din münasibətləri demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun tənzimlənir, hər bir kəsin dini etiqad azadlığı təmin olunur. O, Azərbaycanda mövcud zəngin mədəni irsin qorunub saxlanılmasını yüksək qiymətləndirmişdir.Sonra səfir kilsənin xatirə kitabına ürək sözlərini yazmış, dini rəhbərə kitab hədiyyə etmişdir. Kilsə rəhbərliyi də qonağa xatirə hədiyyələri vermişdir. Riçard Morninqstarın Qəbələ rayonuna səfəri başa çatmışdır.

Keçidlər