Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Amerikalı səyyahlar üçün Azərbaycanın mədəniyyət və kulinariya aləminə ilk ekskursiya təşkil ediləcək.

12 iyun 2018 | 16:00

İyulun 3-10-da Azərbaycanda ilk dəfə ABŞ-dan olan turistlər üçün mədəniyyət və kulinariya aləminə ekskursiya təşkil ediləcək. Paytaxt Bakıdan başlayacaq ekskursiya ölkənin bir neçə regionunda, o cümlədən Qəbələ rayonu da daxil olmaqla davam etdiriləcək. Proqramda müxtəlif mədəniyyət və kulinariya ənənələrini qoruyub saxlayan rayonun Nic qəsəbəsinin irsi ilə yaxından tanışlıq nəzərdə tutulub. Amerikalı səyyahlardan və könüllülərdən ibarət kiçik qrup üçün ekskursiya onların Azərbaycan mətbəxinin və mədəniyyətinin xüsusiyyətləri ilə tanış olmaları üçün təşkil edilir. Turne çərçivəsində restoranlarda baş aşpazlar, bölgələrdəki evlərdə yerli aşpazlar tərəfindən ustad dərsləri keçiriləcək, yeməklərin bişirilməsi qaydası təqdim ediləcək. Qonaqlar yerli bazarlara, şərab zavodlarına, tarixi yerlərə, muzeylərə, sənətkar emalatxanalarına gedəcək, rəssamlarla görüşəcək və digər mədəniyyət tədbirlərinə qatılacaqlar. Tur iştirakçıları arasında tanınmış kulinariya tarixçisi, Cənubi Kaliforniya ştatının Kulinariya Tarixçiləri Assosiasiyasının prezidenti Çarlz Perri, təşkilatın digər üzvləri, kulinariya və mədəniyyətlər sahəsində professorlar və həvəskar tədqiqatçılar da iştirak edəcəklər.

Keçidlər