Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “Məzun günü” kecirilmişdir.

15 iyun 2018 | 02:00

İyunun 14-də Qəbələ rayonunun 68 ümumtəhsil orta məktəbində “Məzun günü” mərasimləri keçirilmişdir. Mərasimlərdə 1188 məzun üçün məktəb həyatının son, müstəqil həyatın ilk zəngi çalınıb. Onbirincilərin şərəfinə məktəblərdə keçirilən bayram tədbirlərində rayon icra hakimiyyətinin, təhsil şöbəsinin rəhbər şəxsləri, müəllimlər və valideynlər iştirak etmişlər. Son zəng tədbirlərində bildirilmişdir ki, ötən il rayonun abituriyentləri ali məktəblərə qəbulun səviyyəsinə görə respublikada ön sıralardan birini tutmuşlar. Bu nailiyyəti daha da artırmaq üçün məzunlardan yüksək əzmkarlıq tələb olunur. Bayram tədbirlərində birinci və on birinci sinif şagirdləri bir-birilərinə gül dəstələri və hədiyyələr təqdim etmişlər. Xatırladaq ki, ötən il rayonun orta məktəblərini bitirən 1276 məzundan 486 nəfəri ali məktəblərə qəbul olunmuş, onlardan 36 nəfəri 600-dən yuxarı bal toplamışdır. Rayonda təhsilin keyfiyyətinin artırılması, həmçinin təhsil infrastrukturunun müasir tələblərə cavab verməsi istiqamətində genişmiqyaslı işlər görülür. Hal-hazırda rayonun Qaradeyn kəndində 80 şagird yerlik tam orta, Laza kəndində 80 şagird yerlik ümumi orta, Zərgərli kəndində 56 şagird yerlik və Şəfli kəndində 20  şagird yerlik modul tipli  ibtidai məktəblər quraşdırılır, Vəndam qəsəbəsində 360 şagird yerlik yeni tam orta məktəb binasının tikintisi üçün layihələndirmə işləri aparılır.

Keçidlər