Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Sahibkarlar üçün təlim keçirilmişdir.

22 iyun 2018 | 06:00

Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm Tədris Mərkəzi rayonumuzda sahibkarlar üçün təlim keçirmişdir. Təlimin keçirilməsində əsas məqsəd sahibkarlıq subyektlərində mühasibat uçot işlərinin aparılması üçün əlaqədar məsul şəxslərin maarifləndirliməsi idi. Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qəbələ Rayonu üzrə Maliyyə Idarəsinin rəisi Namiq Ağayev açmış, tədbirin mövzusu, keçirilmə məqsədi barədə məlumat vermişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva sahibkarlıq subyektlərində mühasibat uçot işinin aparılması üçün mövcud qanunvericilik aktlarında və digər normativ sənədlərdə qarşıya qoyulan tələbləri müasir elektron vasitələrin yardımı ilə geniş və əhatəli şəkildə tədbirdə iştirak edən sahibkarlara, mühasiblərə izah etmişdir. Sonda mühasibat və uçot sahəsində sahibkarlıq subyektlərini maraqlandıran çoxsaylı suallara aydınlıq gətirilmişdir. Sahibkarlar onların fəaliyyətinin qanuna uyğun təşkilinə yardım göstərən bu cür maarifləndirmə tədbirinin təşkilinə görə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və onun yerli qurumuna təşəkkürlərini bildirmişlər.

Keçidlər