Səhiyyə işçiləri günü qeyd olunub.
Rayon mərkəzi xəstəxanasında səhiyyə işçiləri günü münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə mərkəzi xəstəxanın baş həkimi Sabir Bayramov açaraq bildirmişdirki, müstəqil Azərbaycan respublikasının səhiyyəsi bu il yaranmasının 100- illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti ilə həmyaşıddır. 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan cəmi 20 gün sonra iyunun 17-də AXC Nazirlər Şurasının sərəncamı ilə səhiyyə Nazirliyi təşkil olunmuşdur. Hazırki müstəqil Azərbaycan Respublikasını Azərbaycan Xalq cümhuriyyətinin varisi kimi dəyərləndirən ulu öndər, Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərancamı ilə 17 iyun Səhiyyə İşçiləri Günü kimi qeyd olunur. Sabir Bayramov qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik edərkən respublikada səhiyyənin inkişafı üçün çox mühüm işlər görmüşdür. Vətənimiz müstəqillik əldə etdikdən sonra insanların sağlamlığının təminatı ulu öndərin qarşıya qoyduğu və həyata keçirməyə başladıığı əsas vəzifələrdən idi. Ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dahi rəhbərin səhiyyə sahəsində başlatdığı möhtəşəm layihələri uğurla davam etdirmiş, nəticədə Azərbaycan bu sahədə güclü potensiala malik ölkəyə çevrilmişdir. Azərbayan səhiyyəsi müasir inkişaf etmiş dünya səhiyyəsi standartlarına uyğun kadrlarla, hər cür avadanlıqlarla, yüksək keyfiyyətə malik maddi- texniki baza ilə təmin olunmuşdur. Baş həkim rayonda səhiyyənin vəziyyətini daha da yaxşılaşdırmaq üçün görülmüş tədbirlərdən, gələcəkdə bu sahədə həyata keçiriləcək layihələrdən geniş bəhs etmişdir. Tədbirin sonunda əhaliyə tibbi xidmətin göstərilməsində fərqlənən bir qrup səhiyyə işçisinə mərkəzi xəstəxana rəhbərliyinin fəxri fərmanları təqdim olunmuşdur.