Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli fəaliyyət planının icrası vəziyyətinin öyrənilməsi məqsədilə ictimai dinləmə keçirilmişdir.

16 may 2013 | 15:00

Ölkə başçısının  27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP)  icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə ictimai dinləmə Qəbələ şəhərinin mərkəzində olan Qəbələ  Mədəniyyət Mərkəzində təşkil olunmuşdur. 400 nəfərə yaxın ictimaiyyət nümayəndələrinin iştirak etdiyi ictimai dinləmədə, rayon icra hakimiyyətinin, inzibati orqanların, müəllim və  tibb işçilərinin, dairə seçki komissiyalarının, qeyri-hökumət təşkilatlarının habelə milli azlıqların və icmaların nümayəndələrinin iştirakı təmin olunmuşdur.Tədbiri açıq elan edən rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli fəaliyyət planının vacibliyini qeyd edərək, bu sənədlə bağlı müvafiq tədbirlər planının qəbul olunduğunu diqqətə çatdırmış, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, onların həllinə yönəlmiş məqsədyönlü tədbirlər barədə ətraflı məlumat vermişdir. Daha sonra söz Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira  Süleymanovaya verilmişdir.Proqramın həyata keçirilməsi üzrə işçi qrupunun rəhbəri E.Süleymanova Azərbaycanın gözəl, özünəməxsus güşəsi olan Qəbələ sakinlərini salamlamış, rayonda böyük sıçrayış, sürətlə aparılan geniş və əsaslı quruculuq işlərinin müasir  yeniliklər olduğunu qeyd etmişdir. Natiq öz çıxışında  ictimai dinləmələrin əhəmiyyətindən söz açmış, bu il əlamətdar hadisə kimi ümummilli lider Heydər Əliyevin 90 illiyinin qeyd edildiyi ölkəmizdə, o cümlədən etnik qrupların yaşadığı bu rayonda həyata keçirilən demokratik-hüquqi və sosial-iqtisadi islahatları, Regionların sosial-iqtisadi inkişaf Proqramının uğurla həyata keçirildiyini müsbət dəyərləndirmiş, insan hüquq və azadlıqlarının, o cümlədən milli azlıqların hüquqlarının müdafiəsinin dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu diqqətə çatdırmışdır.Ombudsman “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda məruzə edərək, ulu öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş və ölkəmizdə insan hüquqları sahəsində ilk proqramı olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” barədə məlumat vermişdir.Qeyd olunmuşdur ki, insan hüquqlarının təmini sahəsində tam yeni bir sənəd olan Milli Fəaliyyət Proqramı insan hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılmasının ən prioritet istiqamətlərini normativ-hüquqi bazanın təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirləri, insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq, Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsini müəyyən edir.Elmira Süleymanova 2012-ci ildə Milli Fəaliyyət Proqramının icrası sahəsində görülən işlərlə bağlı ətraflı məlumatlar diqqətə çatdırılmışdır. 2013-cü ilin Azərbaycanda Prezident seçkiləri ili olduğunu diqqətə çatdıran natiq seçki hüquqlarının prioritet məsələ olduğunu, seçki məcəlləsinə zəruri əlavə və dəyişikliklərin edildiyini, ölkə Prezidentinin bu sahədə müvafiq Sərəncamlarının əhəmiyyətini və bu sənədlərin təbliğinin zəruriliyini qeyd etmiş, əhalini seçkilərdə fəal iştirak etməyə, bu seçkilərin də demokratik, ədalətli, şəffaf, beynəlxalq standartlara uyğun şəkildə keçirilməsinə dəstək verməyə çağırmışdır.Müvəkkil eyni zamanda bəzi problemləri və çatışmazlıqları da qeyd etmiş, insan hüquqları sahəsində vəzifələrin birgə səylərlə uğurla həyata keçiriləcəyini vurğulamışdır. Elmira Süleymanova MFP-nin icrası, insan hüquqlarının müdafiəsi və seçki hüquqlarının, o cümlədən seçicilərin şəxsiyyət vəsiqəsi ilə təmini, həmçinin bələdiyyələrin işinin təkmilləşdirilməsi və digər zəruri məsələlərə toxunmuşdur. İctimai dinləmədə  rayon polis şöbəsinin rəisi,  rayon prokurorunun böyük köməkçisi, QHT təlim və Resurs Mərkəzinin direktoru, Qırmızı Aypara Cəmiyyətinin rayon şöbəsinin rəhbəri  çıxış edərək, rayonda  (MFP) və insan hüquqları üzrə fəaliyyət, vətəndaşların yerlərdə qəbulu, məhkəmə-hüquq islahatları, məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi, hüquqi maarifləndirmə və digər məsələlər barədə məlumat vermişlər.

Keçidlər