Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Polşa Respublikasının Qnezno şəhəri ilə Qəbələ rayonu arasında əməkdaşlıq əlaqələri genişlənir.

26 iyun 2018 | 02:00

Azərbaycan Respublikasının və Polşa Respublikasının müstəqilliklərinin əldə edilməsinin 100 illiyi münasibəti ilə təşkil olunmuş yubiley tədbirlərində iştirak etmək üçün Qəbələ rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti 20-22 iyun tarixlərində Polşa Respublikasının Qnezno şəhərinə səfər etmişlər. Səfər çərçivəsində  nümayəndə heyəti ilk öncə 2013-cü ildə açılışı olmuş Polşa-Azərbaycan “Dostluq” abidəsini ziyarət etmiş, abidə  önünə gül dəstələri düzmüşlər. Daha sonra nümayəndə heyəti şəhər rəhbərliyi ilə görüşlər keçirmiş və rəsmi bayram tədbirlərində iştirak etmişlər. Səfər çərçivəsində Qəbələ rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayevin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri Qnezno şəhərinin bir sıra istehsal müəssisələrinə baxış keçirmiş, bölgənin  tarixi mədəni məkanları və turizm sektoru ilə yaxından tanış olmuşlar.

Foto qalereya

Keçidlər