Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda Azərbaycan Polisinin 100 illiyi və 2 iyul - Polis Günü qeyd olunmuşdur.

02 iyul 2018 | 16:00

Azərbaycan Polisinin 100 illiyi və 2 iyul - Polis Günü  münasibətilə Qəbələ rayon hüquq mühafizə orqanlarının əməkdaşları şəhərin mərkəzi meydanındakı ulu öndər Heydər Əliyevin adını daşıyan  parka gələrək Ümummilli liderin abidəsi önünə gül dəstələri düzmüşlər. Daha sonra rayon pols şöbəsinin akt zalında toplantı təşkil olunmuşdur. Tədbirdə  rayon polis şöbəsinin rəisi, polis polkovniki Nadir Məmmədov çıxış edərək Polis Günü münasibətilə polis işçilərini təbrik etmiş, Azərbaycan polisinin yarandığı gündən dövlətçiliyimizin və qanunçuluğumuzun keşiyində sayıq dayandığını, vətəndaşların hüquqlarının qorunmasında, ictimai asayişin möhkəmləndirilməsində əvəzsiz xidmətləri olduğunu diqqətə çatdırmışdır. Natiq öz çıxışında  Ümummilli lider Heydər Əliyevin qayğısı sayəsində Azərbaycanda milli polisin formalaşdığını, dövlətçiliyimizin dayaqlarından biri kimi çevik quruma çevrildiyini vurğulayaraq möhtərəm Prezident cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsində polisin peşəkarlığını durmadan artırdığını, vətəndaşların rahatlığı üçün bütün qüvvələrini səfərbər etdiyini qeyd etmişdir.
Toplantıda iştirak edən Qəbələ rayon icra hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov, rayon Prokuroru Məqsəd Orucov çıxış edərək, Azərbaycan polisinə ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində böyük diqqət və qayğının göstərildiyi, hazırda da polis əməkdaşlarının əməyinin ölkə başçısı cənab İlham Əliyev tərəfindən layiqincə qiymətləndirildiyi vurğulamışlar. Bildirilmişdir ki, Azərbaycan polisi ölkəmizdə təhlükəsizliyin, sabitliyin, asayişin qorunmasının etibarlı təminatçısıdır.
Tədbirdə iştirak edən  veteran polislər əlamətdar gün münasibətilə təbriklərini çatdırmış, respublikada sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə asayiş keşikçilərinin müstəsna xidmətləri olduğunu bildirmişlər. Sonda rayon polis şöbəsi tərəfindən xidmətində fərqlənən bir qrup polis əməkdaşına, veteran polislərə diplom və fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim olunmuşdur.

Keçidlər