Rayonun Tüntül kəndində səyyar görüş-qəbul keçirilib.
İyulun 10-da Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Tüntül kəndində səyyar görüş-qəbulu keçirilib. Rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələri rəhbərlərinin və kənd ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi görüşdə RİH başçısı çıxış edərək Qəbələ rayonunda və Tüntül kəndində sosial-iqtisadi sahədə görülən işlər barədə ətraflı məlumat verib. Səbuhi Abdullayev əhalinin fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təchizatı vəziyyətinin, yol infrastrukrurunun yaxşılaşdırılması və aparılan digər mədəni-quruculuq layihələrdən danışıb, həyata keçirilən tədbirlərdən söhbət açıb. Görüşdə çıxış edən kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Səbuhi Abdullayev görüşdə səsləndirilmiş təkliflərlə bağlı aidiyyəti məsul şəxslərə konkret tapşırıqlar verib.