2018-ci ilin birinci yarısında Qəbələ rayonunda görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş şura iclası keçirilmişdir.
İyulun 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası ilə bağlı, həmin dövrdə Qəbələ rayonunda görülmüş işlər və qarşıda duran işlər barədə geniş şura iclası keçirilmişdir. İyulun 12-də Qafqaz Sport Otelin konfrans zalında təşkil olunan iclasda rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər, qəsəbə və kənd inzibati ərazi nümayəndəlikləri, bələdiyyə sədrləri iştirak etmişlər. İclası rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev açaraq gündəlikdə duran məsələləri elan etmişdir. Sonra Səbuhi Abdullayev 2018-ci ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər, cənab Prezident İlham Əliyevin Nazirər Kabinetinin iclasındakı giriş və yekun nitqlərindən irəli gələn vəzifələr barədə ətraflı məruzə etmişir. Məruzə ətrafında rayon suvarma sistemləri idarəsinin rəisi Qüdrət Həmidov və RQİİ-nin Qəbələ xidmət sahəsi üzrə rəis müavini Sübhi Bayramov çıxış etmişlər. Müşavirəni rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev yekunlaşdırmışdır.