Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 2018 – ci ilin məzunlarına diplomların təqdimatı mərasimi keçirilmişdir.

17 iyul 2018 | 16:00

Mayın 16-da Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 2018 – ci ilin məzunlarına diplomların təqdimatı mərasimi təşkil olunmuşdur. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndəsi Absalam Hüseynov, rayon təhsil şöbəsinin müdiri Arifə Bayramova, rayon məşğulluq mərkəzinin direktoru Elxan Səlimov, işəgötürən müəssisələrdən “Aqrokompleks Qəbələ MMC”-nin nümayəndəsi Sərxan Allahverdiyev, Qəbələ Mədəniyyət Mərkəzinin əməkdaşı Xəyal Gəncimov, ictimaiyyət nümayəndələri və valideynlər iştirak ediblər. İclasda ixtisaslı kadrlara olan tələbatın çox böyük hissəsinin ödənilməsi peşə təhsilinin öhdəsinə düşdüyü qeyd olunub. Mərkəzdə mühəndispedaqoji işçilərinin bu sahədə yüksək təcrübəyə malik olduqları və gələcəkdə də müasir təlim üsulları ilə kadr hazırlığı işlərinə səylərinın artırılacağı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, 2018-ci ildə mərkəzi 11 ixtisas üzrə 185 nəfər məzun bitirib. Tədbirdə peşə təhsil mərkəzini bitirən məzunlara ixtisas diplomları təqdim olunub. 

Keçidlər