Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilmişdir.

24 may 2013 | 15:00

Ölkəmizdə özəl bölmənin inkişafına böyük diqqət və qayğı göstərilir, sahibkarlığa dövlət maliyyə dəstəyi gücləndirilir, sahibkarların maarifləndirilməsi, investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsində İqtisadi İnkişaf Nazirliyi nəzdində olan Sahibkarlığa Kömək Milli Fondu tərəfindən əhəmiyyətli layihələr həyata keçirilir. Qeyd etmək lazımdır ki, Respublikada sahibkarlığın, xüsusilə kiçik sahibkarlığın inkişafını daha da stimullaşdırmaq, məqsədli dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində regionlarda mühüm addımlar atılmışdır. Fond tərəfindən sahibkarlığın inkişafında, xüsusilə regionlarda aqrar sahə ilə yanaşı, sənaye sahələrinin inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi müntəzəm olaraq diqqət mərkəzində saxlanılır.  Ötən dövr ərzində Fond tərəfindən  dövlətin güzəştli kreditləri hesabına respublikanın Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1350-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 81.2 milyon manat, o cümlədən müasir texnologiyaların tətbiqinə əsaslanan 15 layihənin (4 taxıl anbarı kompleksi,    3 quşçuluq fabriki, 3 cins iribuynuzlu heyvandarlıq kompleksi, 1 süd emalı, 1 ət emalı, 1 tikinti materialları istehsalı müəssisələrinin, 1 bağçılıq təsərrüfatı, 1 üzümçülük təsərrüfatının) maliyyələşdirilməsinə 40.2 milyon manat güzəştli kreditlər verilmişdir. Verilmiş güzəştli kreditlər hesabına 8100-dək yeni iş yerlərinin yaradılması imkanı yaranmışdır. Bu istiqamətdə Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbiri 80-dək sahibkarın iştirakı ilə  rayonunun Hacıalılı kəndində təşkil olunmuşdur.
Tədbir çərçivəsində sahibkarlara güzəştli kreditlər verilmiş, sahibkarlarla rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və Fond tərəfindən Qəbələ rayonunda prioritet hesab olunan bağçılıq (alma və üzüm), kiçik cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, eləcə də cır meşə meyvələrinin və balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisələrinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və digər metodiki materiallar sahibkarlara təqdim olunmuşdur.
Tədbirdən öncə Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə dövlətin güzəştli krediti ayrılmış Qəbələ rayonunun Böyük Əmili kəndində illik istehsal gücü 6.7 min ton süd olan 1000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksinin fəaliyyətinə baxış keçirilmişdir.
Tədbirdə açıq elan RİH Başçının müavini – aqrar məsələlər şöbəsinin müdiri Rahib Əhmədov iqtisadi və aqrar sahələrdə Qəbələ rayonunda görülən işlər, o cümlədən rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə görüləcək işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi barədə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdirinin müavini Hüseyn Paşayev cıxış edərək ölkədə aparılan uğurlu iqtisadi siyasət nəticəsində davamlı sosial-iqtisadi inkişafa nail olunduğunu vurğulamış və bu istiqamətdə görülmüş işlər barədə və Şəki-Zaqatala regional bölməsinin müdiri Qalib Məsimov məqsədli dövlət proqramlarında iqtisadi rayon üzrə nəzərdə tutulmuş müvafiq bəndlər və bu bəndlərin icrası haqqında tədbir iştirakçılarına məlumat vermişdir.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev cari ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 1421 investisiya layihəsinin maliyyələşdirilməsinə 145.6 milyon manat güzəştli kredit verildiyini, bu kreditlər hesabına 5300-dən çox yeni iş yerinin yaradılacağını qeyd etmiş, həmçinin, Qəbələ rayonunun iqtisadi potensialının reallaşdırılması ilə bağlı müzakirələr aparılmış və sahibkarları maraqlandıran sualları cavablandırmışdır.
Fondun fəaliyyətində bu il üzrə tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Qəbələ və ətraf rayonlarda fəaliyyət göstərən 42 sahibkara 767.5 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 82 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, Şəki-Zaqatala iqtisadi rayonu üzrə Qəbələ rayonunda  2009 və 2011-ci illərdə də “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbirlər keçirilmişdir.
“Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbirləri gələcəkdə də davam etdiriləcəkdir

Keçidlər