Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə ‘’Hərbiyyə’’ yay düşərgəsi təşkil olunub.

21 iyul 2018 | 16:00

İyulun 20-də Qəbələdə “ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatı və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunmuş “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Dövlət Sərhəd Xidmətinin rəisinin müavini, general-leytenant İlham Mehdiyev, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və digər qonaqlar iştirak ediblər. Mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsi önünə gül dəstələri qoyaraq ulu öndərin əziz xatirəsinə öz dərin ehtiramlarını bildiriblər. Düşərgənin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək qonaqları salamlayıb, “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgənin keçirilməsi üçün Qəbələ rayonunu seçdiklərinə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. RİH başçısı çıxışında qeyd edib ki, belə tədbirlər uşaqlara hər zaman vətənpərvərlik duyğuları aşılayır, onların ordu haqqında təsəvvürlərini formalaşdırır, gənclərimizdə torpağa, Vətənə sevgi hisslərini artırır. Səbuhi Abdullayev ASAN könüllülərinin yay düşərgəsində olduqları müddətdə rayonumuzdakı muzeylərə, turizm-idman komplekslərinə, eləcə də digər tarixi məkanlara ekskursiyalarının təşkil olunacağını qeyd edərək, Qəbələdə keçirdikləri günlərin onların təəsüratlarında silinməz izlər buraxacağını ifadə edib, düşərgənin bütün iştirakçılarına uğurlar arzulayıb. Sonra mərasimdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant İlham Mehdiyev çıxış edərək tədbirin mahiyyəti barədə məlumat veriblər. Qeyd olunub ki, “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsi “ASAN Könüllüləri” Təşkilatı və Dövlət Sərhəd Xidmətinin hərbi simulyasiya formasında birgə təşkil etdiyi sayca ikinci yay düşərgəsidir. Natiqlər bildiriblər ki, əsgər simulyasiya oyunu formasında qurulan düşərgə hərbi hissə və səhra şəraitində təşkil olunacaq və iştirakçılar bütün qida və gigiyenik vasitələrlə təmin ediləcək. Otel və evdən fərqli məişət şəraitli düşərgədə 9 regiondan ümumilikdə 100 ASAN könüllüsü iştirak edib. “Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsinin iştirakçıları müxtəlif peşəkar hərbi təlimlərə cəlb olunub, taktiki hazırlıq, qarovul hazırlığı, atəş hazırlığı, topoqrafiya, komandir hazırlığı və digər hərbi hazırlıqlarda iştirak ediblər. Düşərgədə ASAN könüllüləri eyni zamanda Azərbaycan generallarının həyatı və onların ordu quruculuğundakı xidmətləri, ordu quruculuğu siyasətinin təkmilləşdirilməsi, inkişaf etdirilməsi istiqamətində görülən işlərlə bağlı məlumatlandırılıblar.

Keçidlər