Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Vəndam qəsəbəsində səyyar görüş-qəbul keçirilib.

01 avqust 2018 | 06:00

Növbəti səyyar qəbul iyulun 31-də Vəndam qəsəbəsində kecirilib. Qəsəbədəki 1 nömrəli tam orta məktəbin akt zalında təşkil olunan görüşdə RİH başçısı ilə birlikdə hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər. Görüşü giriş sözü ilə açan Səbuhi Abdullayev qəsəbə sakinləri ilə keçirilən hər bir görüşdən sonra ərazidə xeyli abadlıq işlərinin görüldüyünü diqqətə çatdırıb. RİH başçısı həmçinin qeyd edib ki, son illər ərzində qəsəbədə həyata keçirilən quruculuq işləri vəndamlılara dövlət tərəfindən göstərilən daimi diqqət və qayğının təzahürüdür. Giriş nitqində yaşayış məntəqəsində görülən işlərin qəsəbə sakinlərin rifahının yaxşılaşdırılmasına stimul verdiyi diqqətə çatdırılıb. Daha sonra qəsəbə sakinləri dinlənilib. Qəbula gələn vətəndaşlar keçən görüşdə qaldırılan problemlərin həll olunduğunu vurğulayaraq bütün bunlara görə Səbuhi Abdullayevə öz dərin təşəkkürlərini bildiriblər. Bununla yanaşı qəsəbə sakinləri qəsəbədə yeni artezian quyusunun qazılmasına, “Girvə” yaşayış massivinə qaz xəttinin çəkilməsinə, yeni uşaq bağçasının tikilməsinə və digər məsələlərə köməklik göstərilməsini xahiş ediblər. Görüş-qəbulda sakinləri narahat edən məsələlərin bir qismi yerindəcə həll olunub. Müəyyən vaxt tələb edən digər məsələlərin həlli istiqamətində isə RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib.

Keçidlər