Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan və Rusiya musiqiçilərinin iştirakı ilə kamera konserti keçirilib.

02 avqust 2018 | 02:00

Qəbələ Beynəlxalq Musiqi Festivalında Rusiya, ABŞ, İsrail və Azərbaycan musiqiçilərinin iştirakı ilə növbəti kamera konsertləri olub. Heydər Əliyev Konqres Mərkəzində keçirilən konsert rusiyalı gənc qaboy ifaçısı Andrey Varlamovun ifasında Fransis Pulenkin qaboy üçün Sonatadan “Elegiya” və “Skertso” hissələrinin səsləndirilməsi ilə başlayıb. İfaçını pianoda beynəlxalq müsabiqələr laureatı Oleq Xudyakov müşayiət edib. Kamera musiqisi həvəskarlarına həmçinin Jorj Bize-Frans Vaksmanın “Karmen-Fantaziya”, Vittorio Montinin “Çardaş”, Kristov Villibaid Qlükin “Orfey və Evridika” operasından Evridikanın ariyası, Nikolay Rimski-Korsakovun “Plenivşis rozoy solovey”, Friderik Şopenin “Polonez”, Ferents Listin “Mefisto-vals” əsərləri təqdim olunub. Konsertdə rusiyalı ifaçılarla yanaşı, azərbaycanlı solist Çinarə Əzimova (soprano) və pianoçu Rəfiqə Quluzadə çıxış ediblər.

Foto qalereya

Keçidlər