Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Sərbəst güləş üzrə rayon birinciliyi

24 may 2013 | 15:00

Qəbələ rayon Gənclər və İdman idarəsi “28 May Respublika günü” nə həsr edilmiş yeniyetmə və gənclər arasında sərbəst güləş üzrə rayon birinciliyi yarışı keçirmişdir. Yarış 23 may 2013-cü il tarixdə Qəbələ Olimpiya İdman Kompleksində baş tutmuşdur.Yarışın keçirilməsində məqsəd “28 May Respublika günü”nün yaranma tarixi barədə, müsəlman dünyasında ilk olaraq Azərbaycanda demokratik respublikasının qurulması və Azərbaycanın ən parlaq və unudulmaz tarixi günlərindən biri olduğunu gənc nəslin diqqətinə çatdırmaq, eyni zamanda yeniyetmə və gənc idmançılarda yarış təcrübəsini və ustalığı artırmaq, sərbəst güləş növünü yeniyetmələr arasında təbliğ etmək və kütləviliyini artırmaqdan ibarətdir.Birinciliyin açılış mərasimində Gənclər və İdman idarəsinin rəisi Fəxri Soltanov çıxış edərək “28 May Respublika günü”nün yaranma tarixi barədə məlumat vemiş, respublikada olduğu kimi Qəbələ rayonunda da idmanın maddi-texniki bazasının möhkəmləndirilməsindən, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən idmançılara göstərilən qayğı və diqqətdən danışaraq yarış iştirakçılarına uğurlar arzuladı. Daha sonra yarışın baş hakimi Kamran Cabbarov birinciliyin keçirilməsinin qaydaları haqqında idmançıları məlumatlandırdı.Açılş mərasimindən sona meydan birincilik uğrunda mübarizəyə başlayan güləşçilərin ixtiyarına verildi. Yarışda 14 çəki dərəcəsi üzrə (23-26-29-32-35-38-42-45-48-52-56-60-65-70 kq) 60-a yaxın yeniyetmə və gənc güclərini sınamışlar. Yarışın keçirilməsi Azərbaycan Güləş Federasiyasının qaydaları əsasında rayon Gənclər və İdman idarəsi tərəfindən təsdiq edilmiş hakimlər heyətinə həvalə edilmişdir.Sərbəst güləş üzrə rayon birinciliyinin yekununda 23 kq çəkidə Emin Məmmədov, 26 kq çəkidə Sunar Həsənov, 29 kq çəkidə Məhəmmədiyyə Osmanov, 32 kq-da Əmrah Şəfiyev, 35 kq-da Elçin Əzimzadə, 38 kq-da Şamil Mustafayev, 42 kq-da Sərvər Faxlulov, 45 kq-da Rəvan Xəlilov, 48 kq-da Arzuman Abulov, 52 kq-da Nurxan Bəhrambəyli, 56 kq-da Elnur Abdullayev, 60 kq-da Murad Şəfiyev, 65 kq-da Natiq Sadəddinli və 70 kq çəki dərəcəsində Süleyman Mərdəli I yerə layiq görülmüşlər. Hər çəki üzrə qalib gəlmiş (I, II, III yerləri tutmuş) güləşçilərə Gənclər və İdman idarəsinin təsis etdiyi diplom və medallar təqdim edilmişdir

Keçidlər