Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Qəbələdə bölgə vətəndaşları ilə görüşüb.

02 avqust 2018 | 08:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müraciətlərinin həlli üçün operativ tədbirlər görürlər. Avqust ayının 1-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Qəbələ Rayon Mədəniyyət Mərkəzində Qobustan, Ağsu, Şamaxı, İsmayıllı və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciət və təkliflərini dinləyib. Qəbuldan əvvəl Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Qəbulda müraciətlər əsasən, qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı olub. Müraciətlərin bir qismi yerindəcə həll edilib, bəziləri isə araşdırılmaq üçün nəzarətə götürülüb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlərlə əlaqədar vətəndaşlara hərtərəfli izahat verilib, icrası nəzarətdə saxlanılmaqla onların aidiyyəti strukturlara çatdırılacağı bildirilib. Sonra Dövlət Komitəsinin sədri Hicran Hüseynova Qəbələ rayonunun fəal qadınları ilə görüşüb. Görüşdə rayonda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər məsələlərlə bağlı müzakirələr aparılıb. Komitə sədri respublikamızda dövlət qadın siyasətinin prioritet istiqamətlərindən söhbət açıb, qadınları maraqlandıran sualları cavablandırıb.

Keçidlər