Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ festivalı çərçivəsində Kubanın “Jovanes Clasicos Del Son” qrupunun konserti böyük maraqla qarşılanıb.

03 avqust 2018 | 06:00

Uğurla davam edən X Qəbələ Beynəlxalq Musiqi Festivalının üçüncü günü, avqustun 1-də axşam Heydər Əliyev Konqres Mərkəzinin qarşısında quraşdırılan açıq səhnədə tamaşaçılara Kubanın “Jovanes Clasicos Del Son” qrupunun konsert proqramı təqdim olunub. Konsertdən əvvəl “Jovenes Clasicos Del Son” qrupu haqqında məlumat verilib. Bildirilib ki, qrupun əsası 1904-cü ildə qoyulub. Qrup ənənəvi septet instrumental quruluşdadır. Akustik bas, tres, gitara, trampet, konqo, bonqolar və vokalistlərdən ibarət qrup Kuba musiqisinin yeni qüvvəsi kimi təqdim edilir. Kubalı solistlər ənənəvi və müasir dünya musiqisindən bəhrələnərək zəngin salsa, son və digər Latın ritmlərini eklektik şəkildə birləşdiriblər. Onlar ənənəvi musiqini pozmadan ona müasir toxunuş əlavə ediblər. Qrup Kuba musiqisinin pionerlərindən biri kimi tanınmaqla, “Buena Vista Social Club” ənənəsini davam etdirir. Qrupun rəhbəri Ernesto Reyes Proenzadır. Kubada onlar, eyni zamanda, “möhtəşəm yeddilik” kimi də tanınırlar. Musiqi qrupu özünəməxsus səslənmə yaratmaq üçün son, rumba, Latın-caz və digər musiqi janrlarının elementlərini bir araya gətirməklə, ənənəvi musiqiyə yeni yanaşma təklif edir. Səhnədə interpretasiya gücü ilə seçilən qrup tanınmış caz festivallarında minlərlə insanı rəqsə sövq etməyə qadirdir. Konsertdə təkrarolunmaz və özünəməxsus səslənmə yaratmağa müvəffəq olan “Jovenes Clasicos Del Son” qrupunun möhtəşəm çıxışı festival iştirakçılarına xoş anlar yaşadıb.

Keçidlər