Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Musiqi festivalı çərçivəsində kamera konsertində dünya şöhrətli bəstəkarların əsərləri səsləndirilib.

06 avqust 2018 | 00:00

Uğurla davam edən X Qəbələ Beynəlxalq Musiqi Festivalının altıncı günündə - avqustun 4-də günorta saatlarında Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında tamaşaçılar Azərbaycanın tanınmış gənc musiqiçilərinin təqdimatında növbəti konsert proqramını izləyiblər.Konsertdə P.İ.Çaykovskinin “Violin, violonçel və fortepiano üçün trio”, C.Rossininin “Seviliya bərbəri” operasından Fiqaronun ariyası, V.Məmmədzadənin “Simli kvartet”, P.Sarasatenin “Qaraçı nəğmələri”, S.Raxmaninovun “Vokaliz”, V.A.Motsartın “Sonata”, L.Dentsanın “Funiculi Funicula”, E.de Kurtisin “Non ti scordar di me”, Ç.A.Biksionun “Mamma”, F.Bədəlbəylinin “Dəniz” əsərləri səsləndirilib. Tamaşaçılar 2012-ci ildə İslam ölkələri arasında keçirilən beynəlxalq müsabiqənin qalibi, pianoçu Zuleyxa Usubovanın, tanınmış violonçel ifaçısı, dəfələrlə xarici ölkələrdə qastrol səfərlərində olmuş Əyyub Əliyevin, adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilən, Prezident təqaüdünə layiq görülən violin ifaçıları Anar Seyidov və Fəridə Rüstəmovanın, gənc və istedadlı pianoçular Fəqan Həsənli, Ülviyyə Kazımova və Çinarə Kərimovanın, beynəlxalq müsabiqələrin qalibi Mahir Tağızadənin (bariton) və digər musiqiçilərin ifalarını böyük həvəslə dinləyiblər.

Keçidlər