Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

İsrail dövlətinin Azərbaycandakı səfiri Dan Stav Qəbələ rayonuna səfər etmişdir.

09 avqust 2018 | 00:00

İsrailin ölkəmizdəki səfiri Dan Stav respublikanın şimal-qərb bölgəsinə səfəri çərçivəsində avqustun 7-də Qəbələ rayonuna gəlmişdir. Qəbələ Rayon İcra Hakimiyyətinin inzibati binasında RİH başçısı ilə səlahiyyətli səfirin görüşü keçirilmişdir.
Görüş zamanı Dan Stava rayonun tarixi, sosial-iqtisadi inkişaf proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələr və rayonda yaradılan müasir turizm infrastrukturu haqqında ətraflı məlumat verilmişdir.
Ölkələr arasında mədəniyyət və turizm sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə inkişaf etdirilməsindən söz açan Qəbələ rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev Qəbələ şəhərində keçirilən  X Qəbələ Beynəlxalq Musiqi Festivalında İsrailin Yerusəlim simfonik orkestrinin nümunəvi çıxışını musiqisevərlər tərəfindən böyük əhval ruhiyyədə qarşılandığını diqqətə çatdırmışdır.
Səfir Dan Stav öz növbəsində ona göstərilən diqqət və qonaqpərvərliyə görə öz minnətdarlığını ifadə edərək Qəbələ rayonunun onlar üçün əziz bir məkan olduğunu vurğulamışdır.
Daha sonra Azərbaycan Respublikasının Qəbələ rayonu ilə  İsrail dövlətinin Yokneam şəhərləri arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılmışdır.
Axşam saatlarında Dan Stav X Qəbələ Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimində iştirak etmişdir.

Keçidlər