Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır.

25 sentyabr 2018 | 16:00

Qəbələ rayonunda Nic-Mıxılqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx yaşayış məntəqələrini əhatə edən və uzunluğu 18 kilometr olan avtomobil yolunun yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Layihəyə əsasən, sözügedən yol V texniki dərəcədən IV texniki dərəcəyə uyğun yenidən qurulur. Yenidənqurma işləri çərçivəsində süni qurğuların inşası və əsaslı şəkildə bərpası aparılıb. Belə ki, yolboyu mövcud avtomobil körpüləri və körpü məhəccərləri təmir edilib, yolun altından suların ötürülməsi üçün mövcud olan suötürücü borular bərpa olunub və müxtəlif diametrli 612 poqonmetr uzunluğunda metal, 72 poqonmetr dəmir-beton suötürücü boruların, həmçinin 42 poqonmetr uzunluğunda su keçidinin inşası işləri görülüb. Bütün işlər tikinti norma və standartlarına uyğun olaraq, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə aparılır. Əraziyə cəlb olunmuş lazımi sayda qüvvənin köməkliyi ilə qısa müddətə tikinti işlərinin yekunlaşdırılması və yol boyu zəruri olan yerlərdə 98 ədəd yol nişanı və məlumatverici lövhə, 36 kilometr göstəricisi və 720 ədəd siqnal dirəyi quraşdırıldıqdan, 69 kilometr uzunluğunda yol-cizgı və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkildikdən sonra yol tam müasir şəkildə yaxın vaxtlarda vətəndaşların istifadəsinə veriləcək. Qeyd olunub ki, Nic-Mıxılqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolu torpaq və çınqıl örtüklü olduğu üçün gediş-gəlişdə yaşanan çətinliklər yolun yenidən qurulması ilə geridə qalacaq, ən əsası respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna çıxış əldə olunmaqla 8 yaşayış məntəqəsinin hər birinə müasir infrastruktur, rahatlıq və abadlıq gələcək.

Keçidlər